Ferment

image

Yalnız tək bir üzvünüzü hərəkət etdirmək üçün bədəninizdə bir çox əməliyyat reallaşar. Əməliyyatlar, aldığınız qərar ilə başlayar və təmələ doğru enildikcə daha da kompleks bir hal alar. Beyninizdə əmrin meydana gəlməsi ilə başlayan reaksiyalar silsiləsi, ədəd olaraq bəlkə də milyardlarladır, bunların hamısı üçün bədəninizdə saysız ferment vəzifə yerinə yetirir. Etmək istədiyiniz sıravi bir hərəkət üçün də, hüceyrələr içində çox sayda əməliyyat bir-biri ardınca davam edər. Tək bir hərəkətiniz üçün milyardlarla əməliyyat reallaşarkən, eyni anda beyniniz işləyir, ürəyiniz atır, bədəninizə girən qidalar həzm edilir, qan axışı bütün sürətiylə davam edir, hüceyrələriniz çoxalır, bütün orqanlar funksiyalarını səhvsiz və sistemli şəkildə davam etdirir. Hüceyrələrinizdəki hərəkətlilik heç dayanmr.Siz bunların nə fərqində olar, nə də bunları idarə edə bilərsiniz. Həyatınızı davam etdirə bilmək üçün onların sizin üçün etməklə vəzifəli olduqları şeylərə razı olarsınız.


Ancaq işin həqiqəti, fermentlərin də digər zülalların da və onları idarə altında tutan böyük molekulların da hər hansı bir şey etməyə güclərinin olmadığıdır. Onlar bir şey etməyə güc çatdıra bilmədikləri kimi, bunun idarəsi də sizə aid deyil. Bədəninizdə reallaşan bütün bu əməliyyatlar Allahın idarəsindədir və siz də bu mükəmməl sistemə söykənib güvənərək əslində Allaha təslim olmusunuz. Xəstəlik halları xaricində bir əskikliyin meydana gəlməyəcəyini çox yaxşı bilərsiniz. Bu güvənin səbəbi, sizi qüsursuz yaratmış olan Allahın üstün gücünü bilir və buna güvənməli olmanızdır. Təsadüflərə inandığını iddia edən heç bir insanın, təsadüfən köçürülən bir DNT sisteminə, təsadüfən reaksiyaya girən fermentlərə, təsadüfən atan ürəyinə güvənərək həyatına sakit, problemsiz və dinc bir şəkildə davam edə bilməsi mümkün deyil. İnsanın bu mövzuda problemsiz və dinc yaşaya bilməsinin səbəbi, bədənindəki sistemlərin səhvsiz işləyə bildiyinə dair qənaətidir. Bunun təsadüflərlə mümkün ola bilməyəcəyini şübhəsiz özü də bilir.


Əgər bir insan, bədənindəki tək bir sistemin, məsələn ferment sisteminin necə işlədiyini, nələri əhatə etdiyini, necə möcüzələr reallaşdırdığını bilsə, bədənində təsadüfi heç bir şeyin reallaşa bilməyəcəyini daha yaxşı anlayacaq. Bir möcüzəyə şahid olduğunu və bunun özünə bir nemət olaraq təqdim edildiyini fərq edəcək. Fərqində belə olmadığı, gözlə görülməyən molekulların, özünü yaşatmaq üçün heç dayanmadan işlədiklərini və bunun üçün sanki proqramlaşdırılmış olduqlarını kəşf edəcək. Bunların, müxtəlif "qərarlar aldıqlarını", "qənaətli davrandıqlarını", "iş bölgüsü etdiklərini", "idarəli hərəkət etdiklərini", qısaca şüurlu bir varlıq kimi davrandıqlarını anlayacaq. Cansız bir molekula şüur tələb edən hərəkətlər etdirənin də ancaq Allah olduğunu, yer üzündəki canlı-cansız bütün varlıqların sahib olduqları hər bir molekulun Allahın ilhamı ilə hərəkət etdiyini qavrayacaq. Bunu fərq etmək insan üçün nemətdir. Çünki bu həqiqətin şüuruna çatan bir insan bütün həyatı boyunca Allaha güvənərək yaşayar. Özünü yaşadanın, özünə bir tale təyin edənin, daima olaraq nemətlər verənin Allah olduğunu anlayar. Dünyada özünə həyat verənin, axirətdə də özünə həyat verəcəyini və diləsə cənnətlə mükafatlandıracağını bilər. Allaha yönələr, Allaha güvənər və bütün həyatı boyunca qayğılardan uzaq rahat yaşayar. Allahın, Öz sənətinin mükəmməl nümunələrini yaratma səbəblərindən biri budur. Ümid edilər ki, insanlar bu səbəbləri görə bilsin və üstün Yaradıcımız olan Allahı tanıya bilsinlər...

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)