Mükəmməl xüsusiyyətləriylə fermentlər

image

Əgər Allah diləsəydi, bir anlıq gülümsəməyimiz onlarla il çəkə bilərdi. Yemək yeyə bilməyimiz, hərəkət edib düşünə bilməyimiz, danışa bilməyimiz üçün illərcə gözləməyimiz lazım idi. Əgər Allah diləsəydi, bu kitabın tək bir səhifəsini çevirməyə, hətta bunu etmək üçün tək bir barmağımızı qaldırmağa ömrümüz belə çatmaya bilərdi.

Əlbəttə, sistemlərimiz bu ağırlıqda işləmir, istədiyimiz an gülümsəyə bilir, gedib qaça bilir, sərhədsiz düşünə bilir, salisələr (saniyənin altmışda biri) içində göz qırpa bilir, etməyi planladığımız  hər şeyi istədiyimiz an reallaşdıra bilirik. Çünki, uca Allah qüsursuzca var etdiyi bədənimizin funksiyalarını sürətli bir şəkildə yerinə yetirməsini təmin edən bir sistemi bizə nemət olaraq vermişdir. Bu sistemin ən əhəmiyyətli işçilərindən biri fövqəladə strukturları ilə fermentlərdir.

Bir ferment, içində mikroskopik ölçüdə yüzdən çox quruluş daşının üçölçülü bir şəkildə birləşdiyi, insan ağlının çətinliklə həll edə biləcəyi qədər təfərrüatlı, kimyəvi bir möcüzədir. Bədəndəki vəzifəsi bütün əməliyyatları "sürətləndirməkdir". Gözümüzü qırpa bilməyimiz, əlimizi hərəkət etdirə bilməyimiz, görə bilməyimiz, qidaları həzm edə bilməyimiz, qısacası yaşaya bilməyimiz üçün fermentlər lazımlıdır. Bədənimizdəki fermentlərdən biri tamamilə funksiyasını itirsə, həyatımız sona çatar.

Siz bu yazıları oxuyarkən ferment deyilən kimyəvi maşınlardan milyardlarlası vəzifə başındadır. Eyni anda saysız əməliyyat edərək, sizin yaşamanız üçün lazım olan saysız funksiyanı hərəkətə keçirirlər. Fermentlər bədəninizdə bir hadisəni başlatmadıqca, nəinki bu sətirlərdə yazılanları anlamanız, hətta bunları oxuya bilməniz, gözlərinizi bir hərfdən digərinə çevirə bilməniz, hətta bu əsnada nəfəs ala bilməniz belə mümkün deyil. Bir buruna, nəfəs borusuna, ağciyərlərə, oksigen daşıyan qan hüceyrələrinə, qısacası, nəfəs ala bilmək üçün lazımlı bütün təchizatlara sahib ola bilərsiniz. Amma əgər bədəninizdəki fermentlər funksiyasızsa, nəfəs almağı bacara bilməniz mümkün deyil.

Allahın rəhməti ilə belə üstün köməkçilərə sahibik. Allahın diləməsiylə onlar bədənimizdə heç dayanmadan fəaliyyət halındadırlar. Yenə Allahın rəhməti səbəbiylə onlar yaşaya bilməyimiz üçün bir səbəbdirlər. Əgər onlar olmasaydı, bizləri həyatda tutan milyonlarla səbəbdən yalnız biri təhvil verən çıxacaq və həyatımız sona çatacaqdı. Bu kitabda, sizə fermentlərin möcüzəvi strukturları və funksiyaları haqqında təfərrüatlar verilərkən, Allahın şanını ucaltmaq məqsədi qoyulur. Gözlə görülməyən bir zülalın; bir insanın yaşamasına və ya həyatının sona çatmasına vəsilə ola bilməsi Allahın bənzərsiz bir sənətidir. Rəbbimiz ferment deyilən mikroskopik strukturları səbəb edərək, insan üzərindəki hakimiyyətini bizlərə göstərir. Allah ayəsində bu əhəmiyyətli həqiqəti insanlara belə xatırladır:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)