Bəzi xüsusi fermentlər

image

Fermentlər ilə əlaqədar faktların hər bir ayrıntısı olduqca təəccübləndiricidir və fermentlərin gördüyü iş olduqca əhəmiyyətlidir. Elə bu səbəblə bədəndə müəyyən bir vəzifə yerinə yetirən hər ferment xüsusidir. Bu bölmədə də məqsəd, qanı laxtalandıran, düşünməyi təmin edən fermentləri ümumi şəkildə tanıdaraq, bədəndəki hər fermentin mükəmməl xüsusiyyətlərə sahib olduğunu göstərmək və fermentlərin insan üçün nə qədər həyati bir əhəmiyyət daşıdığını göstərməkdir. Əgər bir insan qarşısındakı insan ilə danışa bilməyi, sevdiyi bir meyvəni yeyə bilməyi, gözəl mənzərəni seyr etməyi və gülüb əylənməyi təmin edən fermentlərin necə fəaliyyət göstərdiklərini ətraflı olaraq bilsə, sahib olduğu bu nemətin incəliklərini də görə bilər. Verilən nemətlərin heç birinin məqsədsiz olmadığını, hər hüceyrədə insana xas yaradılmış bir fövqəladəliyin mövcud olduğunu dərk edə bilər. Bunların hamısının Allahın icazəsi ilə funksiyalarına davam etdiklərini, Allahın diləməsiylə "yalnız bir an içində", tamamilə dayana biləcəklərini daim xatırlaya bilər. Belə bir an yaşansa, tapa biləcəyi bir çarəsi, edə biləcək  bir şeyi olmadığını anlaya bilər. Allahın böyük bir nemət olaraq yaratdığı fermentlərin başqa heç bir yolla hərəkət edəbilməyəcəklərini görə bilər. Bu da Yaradanı təqdir etmək, Allahın varlığına iman etmək deməkdir ki, bunun bir insana dünyada da, axirətdə də gətirəcəyi fayda böyükdür. Belə bir təqdir, dünyada rahatlıq və nemət, axirətdə isə sonsuz cənnət həyatına vəsilə ola bilər. Aşağıda xüsusiyyətlərini verdiyimiz fermentlərə də bu dünyagörüşü ilə baxmalı və onların sizə verilmiş bir nemət olduğunu unutmamalısınız.

 

Bədənə mesaj çatdıran fermentlər

Bədənimizdə bir şəbəkə şəklində sinirlər vardır. Bu sinir şəbəkəsində həmişə bir hərəkət vardır. Sinirlər beyin və orqanlar arasındakı əlaqəni təmin edir və bu səbəblə bədəndə sinirlər üzərindən həmişə əmr və xəbərdarlıqlar göndərilir. Birinə əl silkələmək istədiyiniz zaman, beyninizdən gələn əmr üzərinə bədən hərəkət etməyə başlayır. Beyindən gələn elektrik cərəyanı sinirlər vasitəsi ilə çatdırılar. Sinirlər müəyyən bölgələrdə bir-birləriylə qarşılaşırlar. Bu qarşılaşma bölgəsin sinaps adlanır. Elektrik siqnalı sinapsa çatana qədər davam edir, sonra dayanır. Sinaps iki sinir hüceyrəsini bir-birindən ayıran bir boşluqdur. Əslində bu boşluq çatdırılacaq elektrik cərəyanı üçün problem təşkil etməlidir. Transmissiya dayanmalı və axın bir sonrakı sinirə çatmamalıdır. Ancaq heç vaxt belə bir problem yaşanmaz. Çünki çatdırcı sinirdən qəbuledici sinirə mesajın çata bilməsi üçün mesajı göndərən sinir, sinaps deyilən boşluğa bir kimyəvi maddə ifraz edir. Bu kimyəvi ifrazat asetilkolin olaraq adlandırılır. Sinir siqnalı sinapsa çatdığı zaman asetilkolin molekullarından ibarət olan maddə bu boşluğa doğru axır. Digər tərəfdəki reseptorlara (alıcılara) yapışır və digər hüceyrəni hərəkətə başlamaq üzrə stimullaşdırır. Bundan sonra əzələlər sıxılır və beyninizdən gələn əmr qolunuza çatmış olur. Artıq qolunuzu havaya qaldırıb əlinizi yelləyə bilirsiniz.


Sinirlər ünsiyyət üçün mors əlifbasına bənzər bir sistemdən istifadə edirlər. Bu sistem nöqtələrdən təşkil olunub. Mesaj nə qədər əhəmiyyətlidirsə, nöqtələrin sıxlığı da o qədər çox olur. Hər nöqtə, yəni hər sinir siqnalı öz ifraz asetilkolini aktivləşdirir. Digər sözlə əl sallamağınızı təmin edən elektrik cərəyanı ilə yeriməyinizi təmin edən elektrik cərəyanı eyni sinirlər üzərində hərəkət edir, ancaq hər biri fərqli asetilkolin mayesi ifraz edir. Bu səbəblə bu boşluqların yerləşdiyi sahə bir başqa siqnal gəlmədən əvvəl mütləq təmizlənməlidir. Əks halda mesajlar bir-birinə qarışar. Bəzən saniyədə 500 sinir siqnalı göndərməli olan sinirlər üçün asetilkolin hər millisaniyə içində yıxılmalıdır.


Asetilkolin esteraz fermentləri elə bunu etmək üçün yaradılıblar. Bu katalizatorlar, asetilkolin molekullarının içinə fövqəladə bir sürətlə girirlər. Biyokimyaçılar həmin fermentlərin sürətini təyin edərək, onların hər saniyə 25.000 molekulu yox etdiklərini hesablamışlar. Digər bir tərəfdən, hər esteraz fermenti bir asetilkolin molekuluna təxminən 40 millisaniyə içində hücum edir.


Tek bir fermentin tamamilə funksiyasını itirməsi ilə canlı bir orqanizmin ölümə doğru gedəcəyini həmişə təkrarlayırıq. Bu həqiqətən də çox əhəmiyyətli bir məlumatdır. Çünki bizdən milyardlarla qat kiçik və bədənimizin hər yerində hər an fəaliyyətdə olan bu bənzərsiz varlıqlardan asılı yaşayırıq. Asetilkolin esteraz bu əhəmiyyətli faktın dəlilidir. Bədənimizdəki yüzlərlə fərqli fermentdən fərqli olaraq təkcə bu ferment əskik olsa, yaşamağımız mümkün olmayacaq. Çünki bir mənada bədənin bütün elektriyi kəsiləcək.


Alzheimer kimi xəstəliklər, həmin fermentin sistemli çalışamamasının bir nəticəsidir. Bu xəstəlikdə asetilkolin normaldan çox sürətli bir şəkildə təmizlənir, beləliklə sinir xəbərdarlığı ya alına bilməyəcək qədər zəif olur ya da sinir hüceyrələri arasında tam şəkildə çatdırıla bilmir.(84)
100 milyard sinir hüceyrəsinin bir-biriylə ünsiyyəti və aralarındakı minlərlə kilometrlik sinir şəbəkəsi Allahın xariqüladə bir əsəridir. Allah diləsəydi, əlbəttə bunların bir-birləriylə ünsiyyəti üçün, arada qopuqluq olmayan dümdüz bir səth yarada bilərdi. Axın hər hansı bir kimyəvi maddəyə ehtiyac duymadan sinirlər boyunca irəliləyib gedə bilərdi. Ancaq sinir şəbəkələri arasında boşluqlar, onların aralarında elektrik ötürülməsi təmin edəcək kimyəvi maddələr, sonra da bu kimyəvi maddələri dayandıracaq başqa maddələrin ifrazını zəruri edir. Bunun hikmətlərindən biri insanın laboratoriyalarda özünü araştırdığı zaman həmişə mükəmməlliklər, möcüzələr və mürəkkəbliklərlə qarşılaşmasıdır. Allah incəliklər içində incəliklər yaradır və onları həm bir-birlərindən asılı, həm də fövqəladə bir mürəkkəbliklə var edir. Bizim burada araşdırdığımız mövzu sistemin içindəki tək bir parçanın etdikləridir. Ancaq bu kiçik parçanı çıxarsaq, sistemin hamısı funksiyasını itirəcək. Bu mexanizmi sadələşdirə bilməzsiniz. Əgər bəhsi keçən ferment olmazsa, beyninizdən qolunuza çatmalı olan əmr, bədəninizdə bir yerdə itib gedəcək. Bu zaman bir daha qətiyyən  əl sallaya və ya barmağınızı belə hərəkət etdirə bilməzsiniz.


Sahib olduğunuz sistemlər Allahın yaratdığı sənət əsərləridir. Gün ərzində etdiyiniz milyonlarla hərəkətdə, beş duyğu üzvündən gələn saysız xəbərdarlıqda 100 milyard sinir hüceyrəsinin hər birində bu əməliyyat salisələr ərzində heç dayanmadan təkrarlanır. Hər birinin etdiyi iş Allahın məlumatı daxilindədir. Allah sizi hər an qoruyur, hər an yaşadır. Bütün varlıqlar Onun idarəsindədir və Ona təslim olmuşlardır. Allah bu gerçəyi bir ayəsində insanlara belə xatırladır:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)

 

 

Qanın laxtalanmasında mükəmməl ferment zinciri
Qanın laxtalanma sistemi bir sıra fermentin birlikdə hərəkət etməsi ilə reallaşan fövqəladə bir hadisədir. Bu sistem elə qüsursuz baş verir ki, bir yerimiz yaralananda, qanın dayanıb, yaranın da bir müddət sonra qapanacağından əminik. İşdə bu əminlik bədənimizdəki fermentlərin səhvsiz və ardıcıl şəkildə işləməsindən qaynaqlanır.


Bədənimizdə bir yaranın meydana gəlməsi bədəni həyəcana keçirən əhəmiyyətli bir hadisədir. Yaranın açıldığı yerə müdaxilə edilməlidir. Bütün imkanlar səfərbər edilir və bu bölgəyə doğru bir axın başlayır. Elə bu an bədəndə sakitcə gəzən bəzi molekullar da bir anda böyük bir sürətlə hərəkətlənir.


Bədənin hər hansı bir bölgəsində qanama başladığı zaman ilk yardım trombosit adı verilən qan hüceyrələri tərəfindən edilir. Trombositler qanın içində dağınıq olaraq gəzirlər, bu səbəblə qanama bədənin harasında olursa olsun, mütləq o bölgəyə yaxın olan bir trombosit vardır.
Von Villebrand adlı bir zülal isə qəza yerini işarələyərək kömək istəyən bir yol polisi kimi trombositləri gördüyündə önlərini kəsir və hadisə yerində qalmalarını təmin edər. Hadisə yerinə gələn ilk trombosit sanki ratsiya ilə kömək istəyən biri kimi, bir maddə ifraz edərək digərlərini də hadisə yerinə çağırır.


İlk müdaxilə edildikdən sonra fermentlərin vəzifəsi başlayır. Əslində bu mərhələyə qədər müxtəlif funksiyalar yerinə yetirən çox sayda ferment vardır, amma burada laxtalanma əməliyyatını tamamlayan fermentlər vurğulanacaqdır. Bədən daim sonra istifadə etmək üçün aktiv olmayan fermentləri saxlayır. Bu fermentlər bədəndə ancaq lazım olduqlarına dair bir siqnal aldıqları zaman hərəkətə keçməyə kodlanmışlardır. Qanda sərbəst gəzən fibrinogen də aktiv halda olmayan bir fermentdir. Qan plazması içində ərimiş haldadır. Bədəndə bir yara açılana qədər öz halında ətrafda üzər. Ancaq hər hansı bir yerdə bir təcili vəziyyət olduğu zaman, bir anda hərəkətə başlayar. Qan plazmasında hər hansı bir iş görmədən gəzən bu zülal yaranın meydana gəldiyi bölgəyə doğru irəliləməyə başlayır. Bədəndə təcili vəziyyət meydana gəldiyi zaman trombin adındakı bir başqa ferment fibrinogen zülal zincirindəki üç halqadan ikisini kəsir. Fibrinogen fibrin halına gəlmişdir. Yəni aktiv olmayan bir ferment aktiv hala gətirilmişdir. Kəsilən səthdə isə yapışqan bölgələr meydana gəlmişdir. Bu yapışqan bölgə fibrinin digər fibrin molekulları ilə birləşməsini təmin edir. Fibrin molekullarının birləşməsiylə uzun bir zəncir meydana gəlir və zülallar bir-birlərinin üzərindən keçərək bir şəbəkə meydana gətirirlər. Bu yaranan ilk laxtadır. Bundan sonra bu laxtalar bir balıq toru kimi yaranın üzərini örtməyə davam edir.


Trombin eyni zamanda faktor XIII fermentini faktor XIII-ə çevirir. Bu faktor fibrin laxtasının daha möhkəm olmasını təmin edir.
Fibrinogeni aktiv hala gətirən trombin də əslində qanda protrombin adlanan aktiv olmayan halda mövcud olan hüceyrədir. Bu vacibdir, çünki əgər qanda həmişə trombin gəzsəydi, bütün fibrinogeni kəsəcək və bədəndə həmişə nəzarətsiz laxta meydana gələcəkdi. Belə bir təhlükənin yaranmaması üçün protrombin də bir ferment tərəfindən aktiv hala gətirilməlidir.


Protrombini Stuart faktoru adı verilən bir başqa ferment kəsir və onu aktiv hala çevirir. Ancaq trombin üçün ehtimal olunan vəziyyət Stuart faktoru üçün də keçərlidir. Əgər Stuart faktoru əvvəlcədən qan içində sərbəst gəzsəydi, onda laxtalanma mexanizmini həmişə o başladacaqdı və bu dəfə Stuart faktoru səbəbiylə bədəndə nəzarətsiz laxta meydana gəlməyə başlayacaqdı. Elə bu səbəblə Stuart faktoru da qanda aktiv halda deyil və hərəkətə başlaması üçün aktiv hala gətirilməlidir.


Ancaq protrombinin aktiv hala gəlməsi üçün yalnız Stuart faktoru kafi deyil. Akselerin adlı başqa bir ferment Stuart faktoru ilə birlikdə hərəkət edərək protrombini trombin halına çevirirlər.


Bu səbəbdən qarşımıza çıxan bir digər ferment olan akselerinin də ilk əvvəl aktiv halda olmadığını təxmin edə bilərik. Ancaq onun aktivləşmə prosesində böyük bir müəmma, "yumurta-toyuq" məsələsini xatırladan bir vəziyyət qarşımıza çıxır. Çünki akselerini aktivləşdirən ferment "trombindir". Akselerinin özünün aktivləşdirdiyi bir ferment tərəfindən aktiv hala gətirilməsini necə izah edərsiniz? Bunun səbəbi Stuart faktorunun protrombini çox yavaş formada kəsməsi və bu səbəblə bədəndə ehtiyat tədbir olaraq mütləq bir miqdar trombinin hazır halda olmasıdır. Bu əhəmiyyətli ehtiyat tədbiri ilə hadisə başlayır və Stuart faktorunun hərəkətə başlaması ilə laxtalanma prosesi böyük bir sürətlə intensivləşir.


Bunlar qanın laxtalanmasını təmin edəcək olan faktorların meydana gətirdiyi bir sistemdir. Buradakı fermentlər nəyin nə zaman hərəkətə keçməli olduğunu, harada sıxlaşmalı və bədəndəki hansı nöqtəni bağlamaq üçün işləməli olduqlarını bilirlər. Həmçinin nə vaxt dayanmalı olduqlarını da bilirlər. Bir yara üzərində başlayan laxtalanma əməliyyatı, əgər vaxtında dayanmazsa, bu bədən üçün böyük bir təhlükə meydana gətirər. Laxtalanmanın nəzarətsiz davam etməsi, qan damarlarının tıxanması və həyati bəzi orqanların artıq çalışmamasına səbəb olar. Bu səbəblə dalbadal bir-birini hərəkətə keçirən laxtalandırıcı fermentlərin fəaliyyətləri dayandırılmalıdır. Bunu onlara xəbər verənlər də yenə başqa fermentlərdir.


Yar sağaldıqdan sonra da laxta ortadan qaldırılmalıdır. Bunun üçün də  fəaliyyət göstərənlər yenə molekullar, yəni fermentlerdir. Plazmin adı verilən bir ferment fibrin laxtanı kəsmək üçün bir qayçı funksiyasını görür. Plazmin fibrinə təsir edir, ancaq fibrinin passiv halı olan fibrinogen üzərində təsiri yoxdur. Əgər elə olsaydı, bu sonra yaradılmalı olan laxtalar üçün böyük bir çətinlik meydana gətirəcəkdi. Plazmin çox sürətli hərəkət edə bilməz. Bu bir üstünlükdür, çünki yara meydana gəldiyi zaman da aktiv  halda olan plazmin bütün fibrini kəsmədən yara yaxşılaşmış olar.


Qanın laxtalanma prosesində dövrəyə girən daha saysız fermentlər vardır. Bunların hər biri bir əməliyyatın aparılması və ya tamamlanması üçün tələb olunur və tək biri belə çıxarılabilməyən mürəkkəb bir sistemin işçiləridirlər.


Əvvəllər qatı bir ateist, indi isə təkamül əleyhdarı olub yaradılış həqiqətini müdafiə edən yazıçı James Perloff qanın laxtalanma prosesi mövzusunda təkamülçülərin qarşılaşdıqları çətinliyi Michael Behenin şərhini da qataraq bu şəkildə ifadə etmişdir:


Qanda laxtanın meydana gəlməsi olduqca kompleksdir, laxtalanmadan başqa bir funksiyası olmayan saysız zülalı da əhatə edən çox mərhələli bir əməliyyatdır. Hər zülalın aktiv ola bilməsi üçün bir fermentə lazımdır. Behenin şərhini sadəcə bu şəkildə açıqlaya bilərik: Hansı daha əvvəl təkamülləşmişdir - zülal yoxsa ferment? Zülal deyil, onu hərəkətə keçirəcək bir ferment olmadan heç bir funksiyası ola bilməz. Amma o zaman təbiət niyə əvvəlcə fermentləri təkamülləşdirmişdir? Zülal olmadan bunun heç bir məqsədi yoxdur. Bundan əlavə əgər qanın laxtalanması əsrlər boyunca mərhələlər şəklində yaranıbsa, bu sistem mükəmməl hala gələnə qədər canlılar qan itkisindən ölmüş olmalı idilər. Bu sistem mürəkkəb bir kompleksdir.


Yüzlərlə mərhələdən ibarət olan və heç bir mərhələsi sadələşdirilə və ya təxirəsalına bilinməyən sistem şüursuz atomların təsadüfən bir araya gəlmələri nəticəsində meydana gələbilərmi? Şüursuz atomlar təsadüfən qanın laxtalanma prosesinə aid bir fermenti meydana gətirə bilərmi? Təsadüflər möcüzələr meydana gətirə bilərmi? Təsadüflər bir şeyi yoxdan yarada bilərmi?


Əlbəttə bunların heç biri mümkün deyil. Təkamülçülər isə təsadüflərin şüursuz atomlardan şüurlu işləyən bir laxtalanma sistemini yaratdığını  iddia edirlər. Təsadüflər Darvinizmin sözdə möcüzələr meydana gətirən saxta ilahıdır. Elə bu səbəbdən təkamülçülər insanları təsadüflərin bir şeylər meydana gətirdiyinə, möcüzələr yaratdığına, yoxdan var etdiyinə inandırmağa çalışırlar.


Halbuki məqsədsiz olaraq reallaşan, idarəsiz və şüursuz inkişaf edən hadisələr nəticəsində mükəmməl və nizamlı sistemlərin meydana gəlməsi qeyri-mümkündür. Qanın laxtalanma prosesi kimi kompleks, ətraflı, molekulyar səviyyədə son dərəcə həssas olan və mürəkkəb bir iş bölümü tələb edən bir mexanizmdə yaranacaq təsadüfi bir hadisə sistemi alt-üst edər. Bu sistem insan bədənindəki bütün digər sistemlər kimi Allahın ucalığını və böyüklüyünü göstərir. Allah hər şeyin Yaradıcısıdır və bütün varlıqlar Ona boyun əymişlərdir. Allah ayələrdə belə buyurur:

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır.  (Ənam surəsi, 102-103)

 

 

Lizozom fermentləri

Hüceyrə içində aktiv bir fəaliyyət göstərən orqanoidlərdən bir də lizozomdur. Lizozomlar təxminən 0.5 mikron diametrindədir (1 mikron millimetrin mində biridir). İçərisində ümumiyyətlə həzmdə istifadə edilən bəzi fermentlər vardır. Bu fermentlər sayəsində bədəndə bir çox dağıtma əməliyyatı reallaşır. Lizozom hüceyrələrin üyütmə maşınıdır.


Lizozom fermentləri bədəndə artıq, işə yaramayan hüceyrələri yıxıb parçalayır və yox edirlər. Bakteriya, virus, hüceyrə parçaları, ölü toxumalar və böyük, zərərli parçalar bu fermentlərin fəaliyyətləri nəticəsində ortadan qaldırılır və geriyə bədənə faydalı, istifadə edilə bilər qisimlər qalır. Məsələn, qolunuza zərbə aldığınız zaman meydana gələn göyərmə bu bölgədəki ölü hüceyrələrin bir qalığıdır. Bir müddət sonra bu bölgənin sağalaraq köhnə halına qayıtması isə lizozom fermentlərinin ölü toxumaları parçalaması və yox etməsi sayəsindədir.


Lizozomda işləyən 36 fərqli ferment vardır. Bu fermentlər bir quruluşun ətrafını saran pərdəni deşir və bədəndə həmişə çoxalan hüceyrələri parçalayaraq dayandırırlar. Bu son dərəcə əhəmiyyətlidir, çünki bu dayandırma əməliyyatı olmasa, bədəndəki hüceyrələr dayanmadan çoxalar, bu da orqanların böyüməsinə və bədəndə həmişə şişlərin meydana gəlməsinə səbəb olardı.


Lizozom fermentlərinin yoxetmə vəzifələri bədənin müdafiəsi üçün böyük bir əhəmiyyət daşıdığından bu fermentlər əksəriyyətlə ağ qan hüceyrələri və makrofaqların içində olarlar. Makrofaq və ağ qan hüceyrələri bədən daxilində qarşılaşdıqları xarici maddələri fagositoz yoluyla içlərinə çəkib hzəm etdiklərinə görə lizozom fermentlərinin bu bölgələrdəki varlıqları əhəmiyyətlidir. (Fagositoz üçün baxın. Müdafiə Sistemi Möcüzəsi, Harun Yəhya, Araşdırma Nəşriyyat)


Lizozom fermentləri parçalama məsələsində olduqca təsirlidirlər. Ancaq lizozomun içində aktiv vəziyyətdədirlər. Əgər lizozomun pərdəsi deşilsə və ya cırılsa, fermentlər olduqları hüceyrəni həzm etməyə başlayar və bu hadisəyə "otoliz" deyilir. Bu həzm və parçalanma əməliyyatı ümumiyyətlə yaşlanmış, köhnəlmiş və ya funksiyasını itirmiş orqanoidlər meydana gəlir. Hüceyrə içində lizozom ifraz etdiyi fermentlərlə həzm əməliyyatını reallaşdırır, ölü orqanoidləri ortadan qaldırır, bəzən hətta hüceyrənin hamısını məhv edir.


Məsələn yeməklərlə bədənimizə bir çox bakteriya girir. Qida hələ ağızdaykən bunların məhv edilməsi vəzifəsi lizozom fermentlərində aiddir. Bu fermentlər eyni zamanda ağız içində qalan qida artıqlarını da həzm edərək təmizləyir və bakteriyaların potensial qida ehtiyatlarını də yox etmiş olurlar. Bakteriyalar bu formada aclığa məhkum edilib yox edilirlər.


Lizozom fermentləri bədənin bir çox fərqli bölgəsində fərqli zamanlarda təkrar-təkrar fəaliyyətə başlayır. Hamiləlik əsnasında rəhmin böyüməsi hüceyrə çoxalmalarının bir nəticəsidir. Körpənin meydana gəlmə mərhələlərində bu xüsusiyyət həyat qurtarıcı və möcüzəvi bir inkişafdır. Ancaq uşağın doğulmasından sonra hüceyrə çoxalması sona çatmalı və bədən köhnə halına geri dönməlidir. Elə bunun üçün lizozom fermentləri fəaliyyətə başlayır. Müəyyən hüceyrələrin lizozomları bunun xəbərini alır və nə etməli olduqlarını sanki bilərək ferment ifraz etməyə başlayırlar. Sonrakı 10 gün ərzində böyük bir məhvetmə əməliyyatı reallaşır və ana rəhmi 1/40 nisbətində kiçilir.


Lizozom fermentlərinin dağıdıcı təsiri sperma hüceyrəsi üçün də böyük bir ehtiyacdır. Sperma yumurtaya çatdığında onu saran örtüyü deşmək üçün bədənində daşıdığı dağıdıcı lizozom fermentlerini dövriyə salır. Yumurtanı qoruyan örtük bu fermentlərin parçalayıcı təsiri səbəbiylə deşilir və yumurtanın döllənməsi təmin edilir.


Bədəndəki bütün əməliyyatlar molekulyar səviyyədə reallaşdığına görə, bədəndə "tullantıların" ola biləcəyi bəlkə də heç vaxt ağla gəlməmişdir. Halbuki, həmişə yenilənən insan bədənində dayanmadan hüceyrələr ölür, bədən həmişə bakteriya və viruslarla mübarizə aparır və beləliklə durmadan tullantılar meydana gəlir. Bunların yığılması hüceyrələrin iflas etməsinə, qan dövranının tıxanmasına və orqanların funksiyalarını itirməsinə səbəb ola bilər. İnsan bədənindəki lizozom fermentləri buna qarşı bir tədbirdir. Onlar da bədənin digər bütün hissələri kimi ağıllı davranırlar. Sağlam orqanlara heç bir zaman müdaxilə etməzlər. Yox edilməli olan tullantıları dərhal hiss edirlər və bədəni canlı tutmağa çalışırlar. Allahın istədiyi və təyin şəkildə hərəkət edirlər. Allah diləmədikcə başqa heç bir güc onların etdiklərini edə bilməyəcək, onların bir bənzərini meydana gətirə bilməyəcəkdir. Allah böyükdür, ucadır və Onun sənəti hər yeri sarmışdır. Bir ayədə belə buyurulur:

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 255-226)