Fermentin mükəmməl parçaları

image

Hüceyrənin ən kiçik qisimlərinə qədər enən təfərrüat, incəlik və komplekslik, fermentləri meydana gətirən parçaların hər birində də ayrı-ayrı gözə dəyər. Molekulların meydana gətirdiyi mikro dünya içində, ancaq inkişaf etmiş mikroskoplar altında təsbit edilə bilmiş olan fermentlərin belə, özü kimi kompleks və çaşdırıcı xüsusiyyətlərə sahib parçaları vardır. Bir fermenti meydana gətirən, onun işini təmin edən, ona üçölçülü bir quruluş qazandıran hər cür kiçik işçi, fermentin varlığını davam etdirə bilməsi üçün lazımlıdır. Bu parçalardan hər hansı birini ortadan qaldırmaq, onların şəklini və ya yerini dəyişdirmək, fermenti işə yaramaz hala gətirəcək.


Bəzi fermentlər sadə fermentlər olaraq adlandırılarlar. Bunların strukturlarında yalnız zülal molekulu var. Ancaq bəzi fermentlər, iki fərqli parçadan meydana gələrlər. Bu parçalardan biri birкomponentli, digəri də ikikomponentli. Fermentlərin birкomponentli qismi böyük zülal molekullarından meydana gəlmişdir və fermentin xüsusiyyətini təyin edən hissə budur. Bir fermenti digərlərindən fərqli hala gətirən zülal quruluşu, yəni fermentin içindəki amin turşularının növləri və düzülüşləri bu bölgədə təyin olunmuşdur.


Ikikomponentli isə fermentə katalitik aktiv xüsusiyyəti verən, yəni fermentin katalizator funksiyası yerinə yetirməsini təmin edən qisimdir. Birкomponentli, tək başlarına katalizator xüsusiyyəti göstərə bilməzlər. Eyni şəkildə, fermentə katalitik aktiv xüsusiyyəti vermələrinə baxmayaraq, koenzimler də tək başlarına hardasa təsirsizdirlər. Fermentin "ferment" xüsusiyyəti göstərə bilməsi üçün hər iki parçanın da bir yerdə olması lazımdır.


Koenzim, fermentin substrat ilə əlaqəsini təmin edən qisimdir. Fermentdə əsl iş edən qisim budur. Bütün vitaminlər hüceyrədə fermentlərin koenzim qismi olaraq funksiya yerinə yetirərlər. (21) Məsələn, A vitamini görmə reaksiyalarını reallaşdıran fermentin bir parçasıdır. A vitamini, ikikomponentli funksiyası yerinə yetirərək ferment zülalını tamamlayar və görməyi təmin edən əməliyyatların reallaşması üçün reaksiyaları dövrəyə salar. Görmə funksiyasını təmin edən bütün mexanizmlər, bir yerdə olsa belə, A vitaminin əskik olması vəziyyətində gecə korluğu ortaya çıxar. C vitamini isə, toxumalarımızı bir yerdə tutan kolajen zülalının sintezində vəzifə alar.


Minerallar da fermentlərin koenzimleri olaraq vəzifə yerinə yetirərlər. Kalsium, maqnezium, kalium, sink kimi minerallar bəzi fermentlərin işləyə bilmələri üçün şərtdirlər. Məsələn, irəlidəki hissələrdə ətraflı olaraq araşdıracağımız DNT polimeraz fermenti üçün sink, üreaz fermenti üçün də nikel yan qrup olaraq lazımlıdır.


Fermentlər bu təməl işçilərin xaricində bir çox başqa molekulun da var olması ilə funksional hala gələ bilərlər. Köhnə bir təkamülçü olan, ancaq indiki vaxtda yaradılış həqiqəti müdafiəçilərindən Illinois Universitetindən bioloq Dr. Qary Parker, fermentin ayrılmaz parçaları ilə əlaqədar olaraq bu şərhi edir:


Sıra, zülalları meydana gətirmək üçün DNT-nin təlimatlarını 'tərcümə etmə' maraqlarına uyğun gəlincə, burada 'qəhrəmanlar' aktivedici fermentlərdir. Fermentlər, reaksiyaları sürətləndirmək üçün digər molekulları seçməyə və onları tutmağa yarayan xüsusi bölmələri olan zülallardır. Hər aktivedici fermentin beş bölməsi vardır: İkisi kimyəvi bağlanma üçün, biri enerji (ATF) üçün və ən əhəmiyyətlisi, digər ikisi də, hər amin turşusu qrupu üçün kimyəvi olmayan üç əsaslı "kod adı" meydana gətirmək üçündür.


Və bu hekayənin sonu deyil. Canlı hüceyrələri, mənim adlarına 'translaz' dediyim ən az 20 ədəd aktivedici fermentə ehtiyac duyarlar... Translazların hamısı (10 xüsusi aktiv bölgəyə sahibdirlər) 1) varisliyin üç əsaslı mesajını üç xanalı kod adlarına ayırmaq üçün lazım olan ribosomları olmadan dəyərsizdirlər, 2) əslində şəkilləndirmələri lazım olan cütləri parçalamamaları üçün lazım olan və daima yenilənən ATP enerji qaynağı olmadan dağıdıcıdırlar, 3) zülal quruluşunda zamanın dağıdıcı təsirləri səbəbiylə daima və sürətlə tükənən translaz zülallarını təkrar meydana gətirmək üçün başqa translazlara (yəni başqa fermentlərə) və digər müəyyən zülallara sahib deyillərsə, yox olarlar!


Bir ferment, sahib olduğu və birlikdə işlədiyi parçalarla birlikdə var olması lazım olan sadələşdirilə bilməyən komplekslikdə bir molekuldur. Tək bir parçanı çıxardığınızda, sistem yalnız kiçik bir ziyana düşməyəcək, funksiyasını tamamilə itirəcək. Bir ferment, içindəki bütün sistemlər, amin turşuları, ribosom və digər bütün orqanoidlərlə birlikdə var olmaq məcburiyyətindədir. Bütün parçaları ilə birlikdə var olması da kafi olmamaqda, canlı orqanizm içində reaksiyalara girə bilməsi üçün birlikdə işləyəcəyi digər molekulların da mühitdə hazır olması və mühitin iş şərtlərinə uyğun olması lazımdır. Bu həqiqət, bir fermenti, darvinistlərin qətiliklə şərhini edə bilməyəcəkləri kompleks bir quruluş halına gətirər. Bu mükəmməl quruluşun tək bir parçasının belə digərindən müstəqil olaraq inkişaf edə bilməsi, birinin digərinin meydana gəlməsini gözləməsi və hər bir parçanın təsadüfən meydana gələrək yenə bunların təsadüfən bir araya gəlmələri qeyri-mümkündür.


Hətta bəzi fermentlər, eyni növdə olmalarına baxmayaraq, tamamilə fərqli bioloji xüsusiyyətlərə sahib fərqli canlılarda funksiya yerinə yetirə bilməkdədirlər. Heç bir şüura sahib olmayan, cansız atomlardan meydana gəlmiş bir ferment, bir insan bədənində hüceyrə çoxalmasına köməkçi olarkən, tamamilə fərqli bir quruluş və funksiyaya sahib bir başqa canlı bədənində, məsələn, görmə əməliyyatında da köməkçi ola bilməkdədir. Bu həqiqi mənada böyük bir möcüzədir. Çünki bir fermentin, öz iş şərtlərindən ayrılaraq başqa şərtlərə uyğunlaşma göstərə bilməsi və funksiyasına davam edə bilməsi normal şərtlərdə mümkün deyil. Bir insan bədənindəki mədə fermentləri belə, işlədikləri mühiti dəyişdirə bilməz, bədənin bir başqa hissəsində funksiya yerinə yetirə bilməzlər. Bu həqiqət, eyni fermentlərin fərqli canlılar üçün xüsusi olaraq yaradılmış olduqlarını göstərməkdədir. Onları hansı bədəndə necə işləyəcəklərini bilən şəkildə yaradan, onlara eyni görünüşü verməsinə baxmayaraq fərqli funksiyalar bəxş edən, aləmlərin hamısının məlumatına sahib olan Allahdır. Bir fermentin, bir insan bədənində necə çalışması lazım olduğunu bilməsi, başqa bir canlı bədənində isə özü üçün xüsusi olaraq təyin olunmuş fərqli bir vəzifəni heç çaşmadan boynuna götürməsi, Uca Allahın heyranlıq oyandırıcı əsərlərindəndir.


Bəzən eyni fermentlər fərqli canlılarda fərqli funksiyalar görə bilərlər. Amma bu həqiqət, canlılarda bir-birindən fərqli fermentlərin daima funksiya görməkdə olduğu həqiqətini dəyişdirməməkdədir. Yer üzündə var olan 1 milyon canlı növünün yanında, 10 milyon qədərinin də nəsilinin tükənmiş olduğunu xatırlatmaqda fayda vardır. Bu həqiqət də göz önünə alındığında, hər fərqli növ üçün xüsusi olaraq yaradılmış olan fermentlərin müxtəlifliyi daha yaxşı aydın olacaq.


20-ci əsrin tanınmış elm adamlarından İsaac Asimov, canlıların sahib olduğu bu böyük zülal müxtəlifliyini bu sözlərlə açıqlamışdır:
Bədəndəki minlərlə reaksiyadan hər biri müəyyən bir ferment tərəfindən katalizə edilər.... Hər dəfə fərqli biri... Və hər ferment zülaldır, fərqli bir zülal. İnsan bədəni minlərlə fərqli fermentə sahib olma mövzusunda tək deyil - fərqli növdəki hər varlıq buna malikdir. İnsan hüceyrələrində meydana gələn reaksiyaların bir çoxu, başqa canlıların hüceyrələrində də meydana gəlir. Bəzi reaksiyalar, öz hüceyrələrimizdəkilər kimi, həqiqətən də universaldır. Bunun mənası, bir ferment, öz hüceyrələrimizdə olduğu qədər, bir qurdun, bir sprutun, bir yosunun və bir bakteriyanın hüceyrəsindəki müəyyən bir reaksiyanı katalizə etmə xüsusiyyətinə malikdir. Və bu fermentlərin hər biri, tək və müəyyən bir reaksiyanı katalizə etmə qabiliyyətinə sahib olmalarına baxmayaraq, növlərə xüsusidirlər. Bunların hamısı birindən digərinə dəyişiklik göstərə bilər. Bunu, hər növə aid canlının minlərlə fermentinin olduğu və bu fermentlərin hər birinin fərqli olduğu həqiqəti izləyir. Yer üzündə təxminən bir milyon fərqli növ olduğuna görə, -yalnız fermentlərdən yola çıxaraq- milyonlarla fərqli zülalın varlığı olduqca yüksək bir ehtimaldır.


Bütün bunların yanında fermentlərin bir-birinə tamamilə əlaqəli bir sistem daxilində işlədiklərini də xatırlatmaqda fayda vardır. Bir ferment yalnız hadisəni başladar, sonrasında dövrəyə girən saysız ferment vardır. Metabolik yol dediyimiz bu mərhələlərdə fermentlər arasında mükəmməl bir koordinasiya və idarə mümkündür. Bir sistemin tam olaraq işləyə bilməsi üçün, bir-birini hərəkətə gətirən fermentlərin vəzifələrini və zamanlamanı tam olaraq bilmələri şərtdir.


Təyin olunan metabolik yol içində bir ferment, özündən əvvəlki fermentin ortaya çıxardığı məhsulu, substrat olaraq alır. Bir başqa sözlə, bir fermentin reallaşdırdığı reaksiyanın nəticəsi, bir başqa fermentin öz reaksiyasını başlatması üçün lazımlıdır. Bütün bu zəncir tamamlandığında ortaya çıxan son məhsul isə bu zənciri başladan fermentlərdən birinin inhibitoru, yəni maneə törədicisidir. Beləliklə, bütün bu zəncir içində edilən istehsal tarazlanmış olacaq. Məsələn, amilaz fermenti, nişastanı maltoza, maltaz fermenti isə maltozu qlikozaya çevirər. 11-ə qədər ferment dalbadal dövrəyə girər və nəticədə qlikoza, laktik turşuya (süd turşuya) çevrilmiş olar. Bəhsi keçən zəncir, sonrakı sətirlərdə incəliklərini izah edəcəyimiz qanın laxtalanma sistemində də göz qamaşdırıcı şəkildə görülür. Bu metabolik yoldakı fermentlərin bir-birlərini hərəkətə gətirən xüsusiyyətləri sayəsində sistem mükəmməl bir zamanlama və əmək bölgüsü içində işləyər və laxta, yaranın üzərində tam olması lazım olduğu kimi qüsursuz reallaşar. Tək bir fermentin varlığını açıqlaya bilməyən təkamülçülər üçün bir-biriylə əlaqəli bir çox fermentin meydana gətirdiyi və heç bir parçasının azaldıla bilmədiyi "sadələşdirilə bilməz komplekslikdəki" bu zəncirin şərhi şübhəsiz ki, yoxdur. Təkamülçülər, təsadüflərin fövqəladə işlər reallaşdırmış olduqlarını qarşıya qoyar və bu qeyri-obyektiv ssenarilərini şəkilləndirərlər. Halbuki, bu ssenarilərin elmi və ya məntiqi heç bir təməli yoxdur. Təkamülçü fizikaçı və astronom Fred Hoyle, bu həqiqəti açıqca ifadə etməkdədir:


Astronomların, həyatın təməli olan minlərlə biopolimerden (ferment) yalnız birinin belə kombinasiya tənzimləmələrinin, yer üzündəki təbii hadisələr nəticəsində reallaşa bilməyəcəyini anlamaları nə qədər davam edəcək bilmirəm. Astronomlar bunu anlamaqda bir az çətinlik çəkirlər, çünki bioloqlar tərəfindən bunun bu şəkildə olmadığı, bioloqlara da digərləri tərəfindən bunun bu şəkildə olmadığı təlqini verilir. "Digərləri" isə, açıqdır ki, riyaziyyat möcüzələrinə inanan bir qrup insandan meydana gəlir. Təbiətdən gizli bir yerlərdə, normal fizikanın xaricində, möcüzələr meydana gətirən qanunlar olduğuna inanarlar (təbii möcüzələrin biologiyaya kömək etmələri şərtiylə).


Təkamülçülərin həyatın inkişafına dair bütün iddiaları, aldatmağa meyllidir. Bu aldatma metodunu genişlədər və insanlar üzərində də istifadə etməyə cəhd edərlər. Halbuki, təkamülçülərin anlamaq istəmədikləri bir həqiqət vardır: Təsadüflər, möcüzələr reallaşdıra bilməzlər. Təsadüflər, bir ağlın, bir şüurun, bir biliyin nümayəndəsi deyildirlər. Şüurlu inkişaf edən hadisələri və funksiyaları meydana gətirmələri qeyri-mümkündür. Yer üzündə var olan heyranlıq yaradan möcüzəvi gözəlliklərin hamısının yaradıcısı Allahdır.

Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 62-63)