Fermentlərin quruluşu

image

Yalnız tək bir addım atmaq istədiyimizdə bədənimizdə reallaşan hadisələr heyranlıq oyandırıcıdır. Beynimizin içində saysız sinir hüceyrəsi, ayağımızı hərəkət etdirmək üçün kiçik elektrik cərəyanları göndərməyə başlayar. Bu axınlar onurğa iliyi vasitəsilə beyindən bədənin digər qisimlərinə, ardından da qıçımıza çatdırılar. Beynimizdən yola çıxan bu elektrik cərəyanı qıçımıza çatdığında, o bölgədə olan əzələ hüceyrələrinin sıxılmasına və dolayısilə qıçımızın hərəkət etməsinə səbəb olar. Bütün bu hadisələr haradasa bərabər zamanlı olaraq reallaşarkən, eyni anda da həm gözlərimizdən, həm qıçımızdan və digər duyğularımıza xitab edən hər bölgədən beynimizə sürətli və kəsilməz məlumat axışı davam edir. Eyni anda beyin, qıçımızın hərəkət etməsi üçün verdiyi əmrin və ardından reallaşacaq hərəkətin işləməsinə də nəzarət edir.

Yalnız bir addım ata bilmək üçün reallaşan hadisələr, yuxarıdakı paraqrafda olduqca səthi izah edilmişdir. Ancaq bilinməlidir ki, bu hadisələrin hamısı ancaq fermentlərin varlığı ilə reallaşa bilir.


Çox uzun illər fermentlər mövzusunda araşdırma etmiş olan Dr. Edvard Hovel, fermentlərin insan üçün əhəmiyyətini və təsirlərini bu sözlərlə yekunlaşdırır:
Fermentlər həyatı mümkün edən parçalardır. İnsan bədənində reallaşan kimyəvi reaksiyaların hər biri üçün lazımlıdırlar. Fermentlər olmadan heç bir mineral, vitamin və ya hormon vəzifə görə bilməz. Bədənimiz, orqanlarımızın hamısı, toxumalarımız və bədəndəki hər hüceyrə metabolik fermentlər tərəfindən işləyir. Onlar, bədənimizi zülal, karbonhidrat və yağlardan inşa edən işçilər kimidir. Eynilə evimizi tikən işçilər kimi. İnşanı reallaşdırmaq üçün xammalınız ola bilər, amma işçilər (fermentlər) olmadan işə başlaya bilməzsiniz belə.


Fermentlər, bir hüceyrəni bir nizam içində işləyən son dərəcə inkişaf etmiş miniatür bir fabrik halına çevirən zülallardır. İndiyə kimi təyin olunmuş 2000-ə qədər ferment vardır. Yalnız damarlar 98 ayrı ferment tərəfindən nəzarət edilir. Ürəyin, beyinin və ya qaraciyərin isə neçə ferment tərəfindən nəzarət edildiyi hələ müəyyən oluna bilməmişdir. Fermentlər, hüceyrə içində saysız reaksiyanı hərəkətə keçirər, lazım olduğunda dayandırar, molekulların şəkillərini dəyişdirər, yenidən meydana gətirər və ya yox edərlər. Ancaq özləri pozulub dəyişməzlər. Edilməli əməliyyatları yerinə yetirmələrinin ardından, yeni vəzifələri reallaşdırmaq üçün hazırdırlar.


Fermentlər katalizator funksiyası yerinə yetirərlər. Bir kimyəvi reaksiyaya qatılmadan reaksiyanın sürətini artırarlar. Bunu daha yaxşı anlaya bilmək üçün kataliz əməliyyatının nə olduğunu anlamaqda fayda vardır. Bir maddəni fermentlərin olmadığı bir mühitdə parçalaya bilmək üçün həddindən artıq istilik, şiddətli turşu və ya əsas mühit kimi çox sıx şərtlər və yüksək enerji lazımdır. Buna aktivasiya enerjisi deyilir. Laboratoriyada aktivasiya enerjisinin təmin edilməsi olduqca çətin şərtlərə bağlıdır. Ən əhəmiyyətli şərt isə yüksək istilikdir. Ancaq hüceyrə içində minlərlə reaksiya eyni anda reallaşar və aktivasiya enerjisi istilik ilə təmin edilə bilməz. Çünki bu qədər yüksək istilik hüceyrə içində reallaşan bütün reaksiyalara mənfi təsir edib tamamilə pozar. İstiliyə məruz qalan hüceyrə, sitoplazmasını tamamilə itirər. Hətta istilik, hidrogen bağlarını parçalayar, DNT köçürülməsinə mənfi şəkildə təsir edər və hüceyrə içində daha bir çox sistemin dövrə xarici qalmasına səbəb olar. Bu səbəbdən, hüceyrə içində daima lazımlı olan aktivasiya enerjisini istilik ilə təmin etmək mümkün deyil. Məhz canlı orqanizmlər içində reaksiyaların, yüksək istilik kimi şərtlərə gərək qalmadan reallaşa bilmələri üçün fermentlər lazımlıdır. Çünki fermentlər, reaksiyalar üçün lazım olan aktivasiya enerjisini salarlar. Kataliz, bu enerjinin salınması ilə reallaşan əməliyyatdır.


Fermentlər kataliz əməliyyatını, reaksiyaya girdikləri molekullarla keçici bir birlik quraraq edərlər. Bu keçici birlik, mövcud kimyəvi bağları zəiflədər və yenilərinin meydana gəlməsini təmin edər. Bu səbəbdən, reaksiyanın meydana gəlməsi üçün az bir miqdar xaricində enerji istifadə edilir. Fermentlər bu yolla, qatıldıqları reaksiyaları, katalizə edilməmiş reaksiyalara görə 1 milyon ilə 1 trilyon qat sürətləndirərlər. Tək bir ferment molekulu, bir-biriylə eyni on minlərlə molekulu tək bir saniyədə katalizə edə bilər. Kimyaçıların yüksək istilik, parçalayıcı turşular və xüsusi vasitələrlə etməyi ancaq bacara bildikləri əməliyyatları fermentlər o qədər asan və ardıcıl bir şəkildə edərlər ki, nə turşuya, nə xüsusi vasitələrə, nə təzyiqə, nə yüksək istiliyə və nə də uzun bir zamana ehtiyacları vardır. Az miqdarda istilik çıxarmaq surətiylə bir saniyədən çox daha qısa bir zaman içində vəzifələrini səhvsiz şəkildə yerinə yetirərlər. Bu xüsusi zülallar; yağları işləyər, şəkərin quruluşunu dəyişdirər, nişastanı parçalar, yeni qida maddələri meydana gətirər, artıqları təyin edər və qanı təmizləyərlər. Eyni zamanda, yaşlanmağı gecikdirər, immunitet sisteminin müqavimətini artırar, yaddaşı gücləndirər, əzələləri meydana gətirər, ciyərlərdən karbon dioksidi təmizləyərlər. Fermentlər, insanı yaşatmaq üçün daima məşğul olan xüsusi köməkçilər kimi vəzifə yerinə yetirərlər.


Fermentlər, bütün bədən funksiyalarının çalışması üçün lazımlıdırlar. Bu səbəbdən fermentlərin varlığı da, funksiyaları da böyük bir komplekslik ehtiva edər. Bu vəziyyət, bütün canlılığın bir ardıcıl təsadüfü mərhələlərlə öz-özünə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi üçün böyük bir problemdir. Çünki təkamülçülər, həyatın təsadüflərlə inkişafını göstərdiyini iddia edərkən, bunu təmin edən strukturların "sadə" olduqları fərziyyəsindən yola çıxarlar. Ancaq hər keçən gün insan bədəninə aid yeni kompleksliklərlə qarşılaşmaları, təkamülçülərin həlsiz problemlər siyahısını daha da uzatmaqda, yaradılış həqiqətinə qarşı inkişaf etdirilmiş təkamül nəzəriyyəsini daima etibarsız edir. Bu əhəmiyyətli həqiqətin fərqində olan Kembric Universitetindən təkamülçü Dikson və Veb, təkamül nəzəriyyəsi üçün ən böyük çətinliklərdən birini meydana gətirən fermentlər ilə əlaqədar olaraq bu tərifi deyirlər:


Fermentlərin təməlini ehtiva edən hər şey, həyatın təməli kimidir–hansı ki, bunlar təməldə eyni şeylərdir- çətinliklərlə doludur. Fermentlərin ortaya çıxışının, yəni Hopkinsin təbiriylə həyatın ortaya çıxışının, kainatın tarixindəki ən fövqəladə və ən mənalı hadisə olduğunu söyləyə bilərik.


Dikson və Vebin "çətinlik" olaraq təyin etdikləri şey, təkamülün açıqlaya bilmədiyi kompleksliklər və mükəmməlliklərdir. Bir təkamülçü üçün fermentin sahib olduğu fövqəladə kompleksliyin heç bir şərhi yoxdur. Çünki bu üstün əsərin tək yaradıcısı Allahdır və Allah, bütün varlıqları qüsursuz şəkildə yaradandır.


Bir təkamülçü bioloq olan Frank Salisburi də, fermentlərdəki -təkamülçülərin açıqlaya bilmədiyi- bu üstün kompleksliyi bu sözlərlə ifadə etmişdir:
Artıq hüceyrənin düşündüyümüzdən çox daha kompleks olduğunu bilirik. İçində minlərlə funksional ferment var. Bunların hər biri öz başına kompleks bir maşındır. Hətta hər ferment, DNT-nin bir parçası olan bir genə qarşılıq olaraq ortaya çıxmışdır. Gendə olan məlumatın məzmunu -genin kompleksliyi- onun nəzarət etdiyi ferment qədər böyük olmalıdır.


Bu çox əhəmiyyətli bir məlumatdır. Fermentlər, Allahın diləməsiylə genlərin idarəsindən ibarət olan və yenə onların idarəsində hərəkət edən zülallardır. Bu səbəbdən, genlərin sahib olduqları komplekslik də fermentlərdəki qədər böyük olmalıdır. Genlərin sahib olduqları kompleksliyi isə bu sözlərdən xatırlaya bilərik:


Məsələn, bizlərə, genin ehtiva etdiyi məlumatın onun nəzarət etdiyi fermentlər qədər böyük olması lazım olduğu deyilir. Orta böyüklükdəki bir zülal təxminən olaraq 300 amin turşusu ehtiva edir. Bu zülal, bir DNT geni tərəfindən edilər və bunun da öz zəncirində 1000 nükleotidi olması lazımdır. Bir DNT zəncirində dörd tip nükleotid olması lazım olduğuna görə, 1000 əlaqəsi olan bir genin ortaya çıxışı 41000 fərqli şəkildə ola bilər. Bunun mənası 4-ün ardından gələn min sıfırdır.


Bütün bu komplekslik yalnız sadə bir canlı varlığın meydana gəlişi üçündür.
Təkamülçülər, canlılığı meydana gətirən hər bir quruluşun, uzun və ağır mərhələlər nəticəsində, müxtəlif xəyali mexanizmlər yoluyla təsadüfən şəkillənib meydana gəldiyini iddia edərlər. (Mövzuyla əlaqədar ətraflı məlumat üçün baxın. Həyatın həqiqi mənşəyi, Harun Yəhya) Halbuki təkamülçülərin, təkamülləşdirici bir ünsür olaraq qarşıya qoyduqları mutasiya və təbii seleksiya mexanizmlərinin hər hansı bir təkamülləşdirici xüsusiyyəti yoxdur. İndiyə qədər bir canlının, quruluşundakı hər hansı bir orqanın təkamülləşib dəyişdiyi və başqa bir canlıya fayda verəcək yeni bir quruluş halına gəldiyi müşahidə edilməmişdir. Hətta genetika, tibb, biologiya və mikrobiologiya elmləri, bir canlının zülal və ya genlərindəki hər hansı bir dəyişmənin, o canlının genetik məlumatında qopmalar, pozulmalar və ciddi ziyanlar meydana gətirdiyini qəti olaraq ortaya çıxarmış və hər hansı bir genin və ya zülalın, tamamilə fərqli funksiyalara sahib başqa genlərə və zülallara çevrilməsinin qeyri-mümkünlüyünü açıqca göstərmişdir. Təkamülçülərin, tamamilə idarəsiz şərtlər altında təsadüfən meydana gəldiyini iddia etdikləri zülallar isə, hələ laboratoriya mühitində belə yaradıla bilməmişdir. Günümüzün şərtlərində, günümüzün texnologiyası və imkanlarıyla, tam tutumlu laboratoriyalarda ən xüsusiyyətli elm adamlarının meydana gətirə bilmədikləri belə kompleks bir quruluşun, öz-özünə, təsadüfi mərhələlərlə meydana gəlməsi, qəti olaraq qeyri-mümkündür.


Fermentlər də bir zülaldır və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan bir genin ehtiva etdiyi fövqəladə məlumatlarla yaranan və Allahın diləməsiylə bəhs edilən genin idarəsi altında işləyən kompleks strukturlardır. Bu səbəbdən, fermentlərin də təsadüfən meydana gələ bilmələri qeyri-mümkündür, ehtiva etdikləri məlumat olduqca böyükdür. Kembric Universitetindən riyaziyyatçı və astronom cənab Fred Hoyl, bir təkamülçü olmasına baxmayaraq, fermentlərin təsadüfən meydana gələ bilməyəcəkləri həqiqətini bu şəkildə yekunlaşdırmışdır:


Əgər maddənin, orqanik sistemləri həyata sürüyən təməl bir prinsipi varsa, bunun varlığı laboratoriyada asanlıqla göstərilə bilməlidir. Məsələn, primitiv şorbanı göstərə bilmək üçün bir üzmə hovuzu əldə edə bilərsiniz. Bunu bioloji təməli olmayan istədiyiniz kimyəvi ilə doldura bilərsiniz. Bunun üzərinə və ya içinə istədiyiniz qazı nasosla vura bilər və onu xoşunuza gələn hər hansı tip bir radiasiyaya məruz buraxa bilərsiniz. Təcrübəni bir ilə qədər davam etdirə bilər və 2000 fermentdən neçəsinin meydana gəldiyini müşahidə edə bilərsiniz. Mən sizə cavabı verə bilərəm, beləliklə, təcrübə üçün lazım olan zaman, zəhmət və xərcləmədən xilas olarsınız. Təcrübə sonunda, amin turşularının və digər sadə orqanik kimyəvilərin meydana gətirdiyi qatranlı bir palçıq xaricində əlinizə heç bir şey keçməyəcək. Bu mövzuda necə bu qədər özümə güvənirəm? Əgər bunun tam tərsi olsaydı, bu təcrübə çoxdan edilərdi və bütün dünyada olduqca məşhur və tanınmış bir təcrübə olardı. Və bunun xərci, insanın Aya ayaq basması üçün lazım olan xərc diqqətə alındığında olduqca əhəmiyyətsiz qalardı.


Təkamülçülər, Fred Hoylenin bəhs etdiyi şərtlərin istəyərlərsə çox daha artığına sahib olsunlar, diləyərlərsə belə bir təcrübəni istədikləri ədəddə laboratoriyada sınasınlar, bu təcrübəyə var olan bütün orqanik maddələri, dilədikləri qazları, dilədikləri kimyəviləri əlavə etsinlər, bunu dilədikləri qədər xarici faktora məruz buraxsınlar, diləyərlərsə içinə zülalların quruluş daşı olan amin turşularını da daxil etsinlər və bütün bunları qoyduqları vedrənin başında, bir-birlərinə vəsiyyət edərək, əsrlər boyunca gözləsinlər... Bu vedrənin içindən bir canlıya aid tək bir ferment belə çıxara bilməzlər. Təkamülçülərin, bir canlı bədəninə aid tək bir zülalın meydana gəlməsi üçün dəlil olaraq irəli sürə biləcəkləri belə bir təcrübə, bu mövzu ilə əlaqədar gətirə bildikləri tək bir dəlil yoxdur. Fermentlər mövzusunu araşdırarkən bu əhəmiyyətli həqiqəti daima ağılda tutmaq lazımdır. Çünki tək bir fermentin varlığı, təkamül kimi boş sözü tamamilə ortadan qaldıracaq çox əhəmiyyətli bir həqiqət və Allahın uca gücünü və qüdrətini daima sərgiləyən əhəmiyyətli bir dəlildir.


Fermentlər, orqanizmdə az qala bütün kimyəvi reaksiyalara qatılarlar və onları fövqəladə şəkildə sürətləndirərlər. Əməliyyat sonunda reaksiyaya girdikləri ilk halları ilə reaksiyadan çıxarlar, yəni pozulmazlar. Reaksiya meydana gəldikdən sonra, yeni yaranan molekullar fermentdən ayrılar və ferment yeni reaksiyalara girmək üzrə yoluna davam edər. Fermentlərin bu xüsusiyyətləri olduqca əhəmiyyətlidir. Bu şəkildə ferment, bir hüceyrə içində saysız reaksiyaya girə bilməkdə və canlı orqanizmi həyatda tuta bilməkdədir. Hər bir hüceyrədə, hər dəqiqə, bir neçə yüz min reaksiya bu şəkildə heç dayanmadan reallaşır.


İnsan bədənindəki təxminən 2000 fərqli fermentin hər biri müəyyən bir kimyəvi reaksiyanı katalizə edə bilər. Fərqli vəzifələr boynuna götürmüş olan hüceyrələr, fərqli ferment növlərinə sahibdirlər. Hüceyrələr yalnız öz ehtiyacları olan reaksiyaları reallaşdıracaq fermentlərlə işləyərlər. Bu səbəbdən, bir hüceyrənin çıxara biləcəyi müəyyən fermentlər, o hüceyrənin fəaliyyət və funksiyalarının təsbit edilməsində əhəmiyyətli bir ünsürdür.


Fred Hoyle, fermentlərin çaşdırıcı gücü ilə əlaqədar olaraq bu hesablamanı etmişdir:
Hüceyrə üçün lazımlı olan 2000 qədər fermentin meydana gəlmə ehtimalı 1040.000-də birdir. Bu, ən kompleks 'şorba' ilə ən sadə hüceyrə arasında böyük bir nəzəri uçurum ortaya qoymaqdadır. Bunu qəbul etmək üçün məntiqi dövrədən çıxarmanın lazım olması olduqca dramatiktir.


Yer üzündə canlılara aid bütün strukturlar, fərqli dərəcələrdə kompleksliklərə sahibdirlər. Və bu strukturlar, sahib olduqları kompleksliklərlə birlikdə yalnız qüsursuz bir yaradılışı göstərərlər. Canlılar, əmək bölgüsü içində işləyən, bir-birləri ilə daima ünsiyyət halında olan, bir-birlərindən asılı hərəkət edən və möcüzələr reallaşdıran molekulyar möcüzələrə sahibdirlər. Bunların şüurlu hərəkət etmələri, hansı hüceyrədə işləyəcəklərini bilmələri, nəyi nə qədər sürətləndirəcəklərini təyin etmələri, neçə reaksiyaya girəcəklərini əvvəldən qərarlaşdıra bilmələri mümkün deyil. Bunun mümkün olmamasına baxmayaraq fermentlər səhv etməzlər, çünki ilhamla hərəkət edərlər.


Onlara etmələri lazım olanı daima ilham edən, onları yaratmış və daima da yaratmaqda olan Allahdır. Allah, bir insana bədən və ruh verdiyi və onu bütün orqanlarıyla, duyğularıyla əskiksiz yaratdığı kimi, insanın hüceyrələrində reallaşan fövqəladə hadisələri də eyni mükəmməllikdə yaratmışdır. Məhz bu səbəblə, hüceyrə içindəki digər sistemlər kimi ferment sistemi də qüsursuz işləyir. Allahın xaricində bunları yarada biləcək heç bir güc yoxdur və Allah bunu bir ayəsində belə xəbər vermişdir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)