Bənzər strukturlarına baxmayaraq fermentlər hormonlardan fərqlidir

image

Fermentlər də hormonlar da zülaldırlar və hər ikisi də DNT tərəfindən kodlaşdırılarlar. Hər ikisi də öz hədəflərinə bir açar uyğunlaşması ilə uyğunlaşar, bir başqa sözlə, şəkilləri, funksiyaları baxımından olduqca əhəmiyyətlidir. Ancaq hormonlar, məlumat molekullarıdır. Bədənin bəzi bölgələrində çıxarılıb qana verilən və qan yoluyla bədənin başqa bölgələrinə çatdırılan zülallardır. Bir başqa sözlə, qan dövranı içində bədənin uzaq bölgələrinə nəsə etmələri üçün siqnallar göndərərlər. Məsələn, böyümə hormonu, hüceyrə bölünməsi və sümük inkişafı üçün lazımlı siqnalı göndərər. Bunlar yalnız uyğun qəbulediciləri olan və ya səthlərində yığma stansiyaları olan hüceyrələrdə çalışarlar. Fermentlər isə katalizatordurlar. Kimyəvi reaksiyaların sürətlənməsini və maddələr mübadiləsinin istifadə edəcəyi nisbətdə reallaşmalarını təmin edərlər.


Hormonlar fermentlərə çox bənzəyərlər, ancaq hormonlar fermentlər kimi daima kimyəvi reaksiyalara girib çıxmazlar. Həmçinin, hormonların qan yoluyla çatdırıldıqları orqanlar üzərində etdikləri təsir uzun müddətlidir. Məsələn, indi kitabınızı oxuyarkən susamış ola bilərsiniz. Əgər susamış və ya acmışsınızsa, duyduğunuz bu hisslər tamamilə hormonal qaynaqlıdır. Acdığınız zaman bədənin müəyyən bölgələrindən ifraz olunan hormonlar beyinə çataraq beyində bir aclıq hissi meydana gətirməyə başlayarlar. Bu da sizdə yemək yemə istəyi meydana gətirər. (Daha ətraflı məlumat üçün baxın. Hormon Möcüzəsi, Harun Yəhya, Araşdırma Nəşriyyat)
Aralarında quruluş və iş şərtləri baxımından haradasa heç bir fərq olmayan bu iki zülalı bir-birindən ayıran nədir? Eyni xüsusiyyətlərə, bənzər həndəsi şəkillərə sahib olmalarına baxmayaraq, bədən içində çıxarılan bir zülal bir anda ferment və ya hormon olaraq hərəkət etməyə başlayır. Bədəndə birinə katalizator olması, birinə də mesajları çatdırması lazım olduğunu bildirə biləcək heç bir şüurlu quruluş yoxdur. Bədəndəki digər bütün strukturlar da, yenə zülallar və yağlardan fərqli deyildirlər. Bir-birlərindən ağıllı olmaları, bir plan və əmək bölgüsü təşkil edə bilmələri, bədəndəki nöqsanlıqları müəyyən edib buna görə istehsal etmələri mümkün deyil. Çıxarılan bütün zülallara nə etmələri, necə davranmaları lazım olduğunu, hansı yolla bir-birləriylə ünsiyyət quracaqlarını bildirən, onları yaradan Uca Allahdır. O, yaratdığı bədəni, onun içində olub bitənləri, onu işlədən səbəbləri ən yaxşı biləndir. Bədənin ehtiyacları, bunların necə və harada çıxarılmasını lazım olduğunu təyin edəndir. Hər birinə öz vəzifələrini ilham edər və necə davranacaqlarını bildirər və bədəndəki hər quruluş, buna görə davranar. Fermentlər də, hormonlar da bu istiqamətləndirmə ilə hərəkət etdikləri üçün bir-birlərindən fərqlidir.


Allah dilədiyi hər şeyi yoxdan var edər. Rəbbimiz bir ayəsində bu həqiqəti belə bildirmişdir:

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” – dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 73)