Fermentlərin idarə mexanizmləri

image

Bir hüceyrənin içində minlərlə ferment vardır və bunlar daima substratlar üçün bir-birləriylə rəqabət halındadırlar. Hər biri kimyəvi reaksiya zəncirinin parçası və ya metabolik yolun bir halqasıdır. Burada, eyni substrat üçün mübarizə içində olan fərqli fermentlər də vardır. Bu sistem elə kompleksdir ki, hər reaksiyanın meydana gəlmə vaxtını və necə bir sürətlə davam etməsi lazım olduğunu təyin etmək üçün bir tənzimləmənin edilməsi şərtdir.


Məhz bu səbəblə reaksiyaların reallaşma sırası, sayı və zamanı möhtəşəm bir idarə altındadır. Fermentlərin katalitik fəaliyyəti o qədər nizamlıdır ki, reaksiyalar nəticəsində ortaya çıxan məhsullar, tam olaraq hüceyrənin ehtiyacını qarşılayacaq qədərdir. Fermentlərin bir yerdə, böyük bir sürətlə, lazımlı əməliyyatları reallaşdıra bilmələri üçün daima nizam təmin edir. Bütün mərhələlər, aralıqsız olaraq mütləq nəzarət edilər. Hüceyrəyə yeni məhsul lazım olduğu zaman sintetik reaksiyalar, molekulların yıxılıb yox edilmələri lazım olduğunda da dağıdıcı reaksiyalar reallaşdırılar. Ümumiyyətlə, hüceyrə ehtiyac duymadığı müddətcə fermentlər olduqca aşağı nisbətlərdə sintez edilərlər. Ancaq hüceyrədə tələb artsa, yeni fermentlərin sintezi böyük bir sürətlə başlayar.


Fermentlər də, özləri üçün təyin olunmuş olan tarazlığa uyğundurlar. Məsələn, lipaz fermenti, yağı parçalayar, amma eyni zamanda qliserin ilə yağ turşularını birləşdirmə vəzifəsi də onundur. Reaksiyaların hansı istiqamətdə olacağı çox əhəmiyyətlidir. Çünki reallaşdırılan reaksiyaların birində enerji sərf edilirsə, digərində enerji qazanılar. Enerjiyə ehtiyac göstərən reaksiyaların, enerji meydana gətirən reaksiyalarla eyni zamanda meydana gəlməsi lazımdır, ya da enerji hər hansı bir şəkildə əvvəldən toplanmalıdır. Enerjini anbar edən ATF (Adenozin Trifosfat), bu enerjini saxlamaq üçün sanki bir batareya vəzifəsini görər.


Fermentlərin idarəsi, öz inhibitorlarının (ferment maneə törədələrin) dövrəyə girməsi ilə də təmin edilər. Hər fermentin özünə aid bir ferment inhibitoru vardır. Bu mövzuya növbəti sətirlərdə ətraflı olaraq toxunulacaq. Ferment inhibitorları, fermentlərin çox miqdarda çıxarılmalarını mane olan hüceyrə içində əhəmiyyətli bir tarazlıq da təmin edərlər. Fermentlər özlərinə ehtiyac duyulana qədər aktiv deyildirlər. Buna bir nümunə purim və primidin əsaslarının istehsalında görülər.


Primidinlər, purimlərin aktivedici molekullarıdır. Hüceyrədə DNT və RNA-nın istehsalı üçün bu maddələrin bərabər miqdarlarda olmaları lazımdır. Kafi ədəddə purim meydana gəldiyi zaman inhibitorlar, daha çox purim istehsalını təmin edən fermenti maneə törədərək purim istehsalını dayandırarlar. Primidin istehsalını təmin edən fermentləri aktiv edərlər. Buna qarşılıq olaraq primidinlər də öz fermentlərini dayandırarkən, purim fermentlərini aktiv edərlər. İki maddənin sintez edilməsi arasındakı qarşılıqlı əlaqə, hər zaman hüceyrə içində bu iki maddənin bərabər miqdarda olmasını təmin edər.


Təşkiledici sistemlər, daima hüceyrə içində idarə sistemini davam etdirər və ehtiyac olduğunda hüceyrə içindəki tənzimləmələri edərlər. Buradan da görüldüyü kimi, fermentlərin yalnız reaksiyaları sürətləndirib bədən üçün lazımlı maddələri əldə etmələri kafi deyil. Bədənimiz o qədər kompleksdir ki, bir silsilə reaksiya kəsilməz olaraq reallaşarkən, eyni anda bunların zamanlarına da tam olaraq qərar verilməsi lazımdır. Bu zamanlama ilə, əldə edilən məhsulların nə bir milliqram çox, nə də əskik olacaq şəkildə nizamlanması əhəmiyyətlidir. Bədən ehtiyac duyduğu anda istehsal çox olmalı, ancaq ehtiyac yoxkən bu istehsalı dayandıracaq bir tədbir görülməlidir. Təbii ki, əvvəlcə bu ehtiyacın təyin olunması lazımdır. Bu təyin etmə o qədər mükəmməldir ki, bir ferment, saniyənin mində biri qədər bir müddət içində belə bunu onsuz da bilməkdə və nizamlayır. Bizlər daha nə olduğunu bilib anlaya bilmədən, bütün bunlar bir nizam içində səhvsiz olaraq davam edir.


İnsan bədənində möcüzəvi bir sistem vardır. Hər şey planlanmış, qüsursuzca təşkil edilmiş haldadır. Hər şey bir-birinə nəzarət edər, bir-biri ilə kodlar görünüşündədir. Birinin varlığı, digərinin çalışması üçün lazımlıdır və bu zəncirləmə sistem bu şəkildə davam edər. İnsan bədəni, hüceyrənin içindəki ən kiçik orqanoidlərə qədər hər nöqtədə möcüzələrin sərgiləndiyi mükəmməl bir maşındır. Bunun səbəbi, hər şeyin Allaha boyun əymiş olmasıdır. Bu nizamı meydana gətirən maddələrin hamısı, Allahın ilhamıyla hərəkət edər. Onun təyin etdiyi bir yolda, Onun təyin etdiyi işləri reallaşdırar. Bir hüceyrənin nəyə nə miqdarda ehtiyac duyduğunu, necə bir istehsal etməsi lazım olduğunu təyin edən Uca Allahdır. Bəhs etdiyimiz bütün idarə mexanizmləri yalnız Allahın icazəsi ilə işləyər və zülalları kodlaşdıran, fermentlərə nəzarət edən bütün sistemlər Rəbbimizin yoxlaması altındadır. Şüursuz molekulların hüceyrədə hər saniyə meydana gələn əməliyyatları izləyib reallaşdırma kimi bir gücləri ola bilməz. Bu güc, yalnız Allaha aiddir.


Hər şeydə Allahın üstün sənəti hakimdir. İnsan, gözünü çevirdiyi hər yerdə, araşdırdığı hər hüceyrədə bununla qarşılaşar. Çünki göylərdə və yerdə hakim olan tək həqiqət budur. Allah bunu ayəsiylə bildirmişdir:

Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir. (Hud surəsi, 123)