Ferment inhibitorları

image

Fermentlər bədənimizdə həmişə fəaliyyət göstərən proteinlərdir. Orqanlararası xəbərləşmələr nəticəsində nə zaman harada hərəkətə keçməli olduqlarını bilir və heç dayanmadan çalışırlar. Ancaq bəzi zamanlarda artıq durdurulmalı, fəaliyyətlərinin qarşısı alınmalıdır. Meydana gələn reaksiyalar hüceyrə üçün kafi miqdara çatdığı zaman yəni fermentlərin müdaxiləsi tamamlananda artıq bədənin bunu dayandırmaq üçün sahib olduğu bir sistem vardır. Ferment inhibitorları (mane olucu) adı verilən digər zülallar bu işi görürlər. Bu həqiqətən də qeyri-adi bir nəzarət mexanizmidir.
İnhbitorları bir fermentə ayrılmayacaq şəkildə bağlanaraq onu funksiyasız hala gətirərlər. Bu hadisə ferment üzərindəki bəzi bölgələrin ferment inhibitor ilə bağlanması nəticəsində olur. İki tip inhibitor vardır: Rəqabətcil inhibitorlar və rəqabətcil olmayan inhibitorlar. Rəqabətcil inhibitor aktiv bölgələri blok edən inhibitorlardır. Ferment inhibitor fermentin bağlanacağı substrata o qədər bənzəyir ki, ferment bir substrata bağlanmaq əvəzinə ferment inhibitoruna bağlanır. Aktiv bölgə fermentin bir substrata yönəlməsinə maneə törədəcək şəkildə bağlanıb. Rəqabətcil olmayan inhibitor isə aktiv bölgədən kənarda özlərini apoenzimin başqa parçalarına bağlayan molekullardır. Bunun fermenti passivləşdirməyinin səbəbi isə inhibitor ferment molekuluna bağlandığı zaman onun şəklini dəyişdirməsidir. Fermentin üç ölçülü quruluşu dəyişir və substrat artıq fermentin aktiv bölgəsinə tam olaraq uyğun gəlmir. Ancaq rəqabətcil olmayan inhibitorlar fermentin funksiyasını tamamilə ortadan qaldırmazlar. Yalnız fermentin sürətini azaldırlar. Buna ən yaxşı nümunə pensilindir. Penisilin bədəndəki bakteriyanın fermentlərinə bağlanaraq, onun öz hüceyrə divarını meydana gətirməsini və bu səbəbdən də ölməsini təmin edir.


Dərmanların bir qismi bu ferment əngəlləmə sisteminə görə hazırlanmışdır. Bakteriya və virusların fermentlərini dayandıran bu inhibitor bakteriyanın yayılmasını və dolayısilə xəstəliyin artmasına mane olar. Hal hazırda HIV virusunun dayandırılmasını istiqamətində atılmış ən əhəmiyyətli addım rəqabətcil olmayan inhibitorların aktiv hala gətirilməsi nəticəsində olmuşdur. Eyni şəkildə bəzi xərçəng xəstəlikləri də buna səbəb olan fermentlərin təyin olunması və buna görə inhibitor yaradılması yolu ilə aradan qaldıırla bilir.


Cərrahiyyədən başqa  bütün tibb sahələri müəyyən yollarla fermentlərlə əlaqəlidir. Fermentlərin 200 milyon dəfə böyüdülmüş modelləri üzərində işləyən Dr. Cozef Krautun bu mövzuyla əlaqədar şərhləri bu həqiqətin bir xülasəsidir:


Bir aspirin qəbul etdiniz? Əmin olun ki, aspirin molekulları gedib bir fermentə təsir edəcək. Bu fermentin fəaliyyəti ya azalacaq ya da artacaq və daha Allah bilir nələr olacaq. Nə tez baş ağrınız keçdi!.


Ferment inhibitorları mütləq fermentlərlə birlikdə eyni mühitdə olmalı olan molekullardır. Fermentlərin funksiyasını dayandırmaları müxtəlif hallarda son dərəcə həyati əhəmiyyət kəsb edir. Məsələn DNT köçürülməsi və ya qanın laxtalanması kimi əhəmiyyətli proseslərdə, fermentlərin fəaliyyətləri müəyyən bir müddət sonra dayandırılmalıdır. Əgər bir ferment qanın laxtalanma sistemini həmişə davam etdirsə, bu vəziyyət bədəndə daim laxtaların meydana gəlməsinə səbəb olar, qan axışı dayanar və orqanizm ölər. Ferment inhibitorlarının vəzifəsi bu qədər həyatidir. Yaxşı bunu təkamülçülər açıqlaya bilərmi? Təkamülçülərin fermentlərin varlığını belə hələ də açıqlaya bilmədiklərini xatırladaq. Ancaq təsadüfən tək bir fermentin meydana gəlmiş olduğunu fərz etsək belə, bu vəziyyətdə ferment inhibitoru də mütləq o mühitdə meydana gəlmiş olmalıdır. Yaranan bir fermentin milyonlarla il boyunca təsadüfən meydana gələcək bir ferment inhibitorunu gözləməsi mümkün ola bilməz. Belə bir şəraitdə ferment heç dayanmadan işinə davam edər və orqanizm bir müddət sonra qaçınılmaz olaraq ölər. Fermentlərin ferment inhibitorları olmadan orqanizmə həyat verməsi qeyri-mümkündür, ferment inhibitorlarının da fermentlər olmadan varlıqları mənasızdır. Bundan əlavə fermentlər mövcud olsa belə, ferment inhibitorlarının onları dayandıra bilmək üçün bir nəzarət mexanizmləri olmalıdır. Bu olmadan ferment inhibitorları yaranan bütün fermentləri dərhal blok edər və fermentlərin meydana gəlməsinin heç bir mənası qalmaz.


Yaradılış Araşdırma Cəmiyyətindən (Creation Research Society) David və Kenneth Rodabaugh bu mövzuyla əlaqədar belə şərh vermişlər:
Fermentlərin primitiv şorbada olmadıqları açıqdır. Əgər meydana gəlmiş olsaydılar belə, primitiv şorba, ümumi bir tərif olaraq, ola biləcək bütün kimyəvi yığınları ehtiva etdiyi üçün fermentlər uzun müddət burada qala bilməyəcəklərdi. Fermentlər meydana gəldiyi anda onları yox edəcək saysız ferment inhibitorları orada olacaqdı. Bu səbəblə bu molekullar ortaya çıxa bilməyəcək, ortaya çıxdıqlarını fərz etsək belə həyatda qalabilməyəcəklərdi.


Bədənimizdə kafi sayda ferment, onların dayandırılmasına məsul kafi sayda ferment inhibitorları, onların istehsalını və işini nəzarət altında saxlayan üstün nəzarət mexanizmi vardır. Bunların heç biri öz vəzifələrindən kənara çıxmaz, inhibitorlar heç bir zaman öz-özlərinə qərar verib fermentləri dayandırmağa çalışmaz, fermentlər heç bir zaman inhibitorların yanından keçib getməz, bunların istehsalı və işləri heç bir zaman balanssız bir hala olmaz. Bunun səbəbi bədənimizin bütün idarəsinin Allaha aid olmasıdır. Hər ferment Allahın yaratdığı bir möcüzədir. Hər bir ferment inhibitor Allahın yaratdığı bir nemətdir. Bu molekulların hər biri, onlara nəzarət edən mexanizmlər, birlikdə çalışdıqları orqanlar, onların sahib olduğu xüsusi üç ölçülü şəkillər Allah dilədiyi üçün vardırlar və Allah dilədiyi üçün səhvsiz işləyirlər.

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)