Fermentləri şifrələyən genlər

image

Fermentlər bir zülaldır, bu səbəbdən zülal quruluşundadırlar. Bu, fermentlər üçün təyin olunmuş olduqca xüsusi bir quruluşdur. Çünki fermentlər, zülallara xas bir xüsusiyyət olan üç ölçülü quruluş xüsusiyyətlərinə sahibdirlər. Məhz bu səbəblə, digər molekullarla rahatlıqla birləşər, reaksiyalara daxil ola bilərlər. Fermentlər, digər zülallardan da sahib olduqları üç ölçülü quruluş ilə ayrılarlar. Zülalların quruluş daşları amin turşuları olmasına baxmayaraq, bir zülala və ya bir fermentə xarakteristika xüsusiyyətini verən şey, sahib olduqları amin turşularının sırası, sayı və peptid bağı deyilən və iki amin turşusunu birləşdirən bağların xüsusiyyətidir. Amin turşularının xüsusiyyətlərinə və düzülmələrinə görə fermentin təsir edəcəyi reaksiyalar və sürətləri təyin olunmuş olar. Bəs bir fermentin hansı amin turşularından meydana gələcəyini nə təyin edər? 100 amin turşusudan ibarət olan bir fermenti düşünək. Canlı orqanizmlərdə 20 fərqli növ amin turşusu olduğuna görə amin turşularının 100-ü, 10020 fərqli şəkildə sıralana bilər. Ancaq bu düzülmələrdən yalnız biri ferment meydana gətirə biləcək. Buradakı doğru sıralamağı Allahın diləməsiylə genlər təyin edər. Fermentlər, daha əvvəl də ifadə etdiyimiz kimi genlər tərəfindən təşkil edilər və nəzarət edilərlər. İstər hüceyrənin quruluşunda iştirak edəcək olsun, istəsə ferment fəaliyyəti göstərəcək olsun, bütün zülallar, genlər tərəfindən kodlaşdırılar. Genlər sintez etmiş olduqları fermentlərə hansı vəzifələri boynuna götürmələri lazım olduğunu da bildirər, yəni onları şifrələyərlər. Bu şifrə, fermentlərin hansı reaksiyalara girmələri lazım olduğunu təyin edər. Fermentlər, bu məlumatlar istiqamətində reaksiyaya daxil edəcəkləri molekullara yönələrlər.


Burada bunu xatırlatmaqda fayda vardır. Fermentlər də, fermentlərə şifrə çatdıran genlər də şüurlu varlıqlar deyildirlər. Genlərin və onlardan məlumat alan fermentlərin tək başlarına hərəkət edə bilmələri, bir şeyi düşünüb qərarlaşdıra bilmələri, özlərinə aid xüsusi şifrələr çıxara bilmələri mümkün deyil. Onlar şüurlu varlıqlar deyildirlər. Zülal və yağlardan meydana gələrlər və bir insan bədənini yaşada bilmək üçün nələrin lazım olduğunu, bir reaksiyaya necə müdaxilə edəcəklərini, hətta bir reaksiyanın nə işə yaradığını bilmələrinə imkan yoxdur. Təsadüfən kompleks bir quruluş qazana bilməz, təsadüfən hər saniyə minlərlə reaksiyanı sürətləndirə bilməzlər. Amma onlar, şüurları olmamasına baxmayaraq, hər hüceyrədə möcüzəvi əməliyyatlar reallaşdırarlar, çünki özlərini yaradan Allaha boyun əymişlər. Onaitaət edərlər. Ondan gələn ilhamla hərəkət edərlər. Bu sətirləri oxuyarkən, bu həqiqət mütləq ağılda tutulmalıdır.


Genlər, həm hüceyrə içindəki zülalları, həm də ferment funksiyası yerinə yetirən zülalları kodlayarlar. Yaxşı, çıxardıqları zülalın ferment funksiyası yerinə yetirmə, yəni kimyəvi reaksiyalara qatılıb onları milyonlarla dəfə sürətləndirmə xüsusiyyətini təyin edən nədir? Kimyəvi olaraq bu, amin turşularının kimyəvi strukturlarındakı xüsusiyyətlərlə açıqlana bilər. Amin turşuları, bir karbon atomuna bağlanmış bir amin qrupu (-NH2), hidrogen, karboksil qrupu (-COOH) və bir də fərqli molekullardan meydana gələ bilən dəyişən yan qrupdan (-R) meydana gələrlər. Amin turşularını bir-birlərindən fərqli edən şey, daşıdıqları yan qrupların böyüklük, şəkil, elektrik yükü, suya duyulan maraq və aktivlik baxımından fərqli olmalarıdır. Fermentləri meydana gətirən amin turşularının xüsusiyyəti isə, bir-birləriylə təsirləşmələri, bunun nəticəsində də üç ölçülü xüsusi bir quruluş qazanmaları və zəncirin əyilib bükülməsini təmin etmələridir. Bunu bu şəkildə açıqlaya bilərik:


Zülalları meydana gətirən amin turşularının düzülüş şəkilləri, zülallara müxtəlif xüsusiyyətlər verər. (baxın. Zülal möcüzəsi, Harun Yəhya) Buna görə zülallar, ilk, ikincil, üçüncül və dördüncül strukturlar qazanarlar. İlk quruluşda düz bir polipeptid zənciri mümkündür. İkincil quruluşdan etibarən üç ölçülü bir şəkil qazanan zülalların funksiyaları bu üç ölçülü şəklə görə təyin olunar. İkincil quruluşda polipeptid zəncirləri eyni üfüqi müstəvidə qablaşdırılar və zülala heliks şəklini qazandırar. Üçüncül quruluşda bəhsi keçən heliks quruluş bükülərək və qablaşdırılaraq xüsusi bir şəkil alar. Dördüncül quruluşda isə, yaranan bütün alt qruplar da bir araya gələrək daha kompleks bir quruluş meydana gətirərlər.


Fermentlər, üçüncül (tersiyer) quruluşa sahib olan zülallardır. Bu səbəbdən üç ölçülüdürlər və zülalı meydana gətirən amin turşuları dözüb bükülərək fermentə xüsusi bir şəkil vermişdir. Bu şəkil böyük bir əhəmiyyətə malikdir, çünki bu şəklə bağlı olaraq fermentlər, yaşamamızı təmin edən bir çox funksiyanın meydana gəlməsinə vəsilə olarlar. Üçölçülü üçüncül quruluş, polipeptid zəncirlərinin dözməsi, düyünlənilməsi və ya öz ətrafında dönməsi kimi xüsusiyyətlər, fermentlərin də öz içlərində növlərə ayrılmalarını təmin edər.


Üçüncül quruluşun bir fermentə verdiyi başqa imtiyazlar da vardır. Zülalların ilk quruluşu yalnız kovalent bağlardan meydana gələr. Bu qüvvətli bağlar, sonrakı strukturlarda get-gedə azalmaqdadır. Dördüncül quruluşda isə heç bir kovalent bağ yoxdur. Fermentləri meydana gətirən üçüncül quruluşdakı kovalent bağlar isə yalnız qonşu zəncirlərin yaxın hissələrində meydana gəlir. Bu vəziyyət, fermentin molekullara bağlanaraq reaksiyalara girə bilməsi üçün yalnız səth hissələrinin möhkəmcə bağlanmalarını təmin edir və bu əlaqənin qopmaması üçün bəhsi keçən qüvvətli bağların varlığı əhəmiyyətlidir.


Bir fermentin yalnız sahib olduğu "şəkil", onun qanı laxtalandıran və ya qidaları həzm edən bir ferment olduğunu təyin edəcək. Bəs bir ferment, bu xüsusi şəklə necə sahib olar? Ortada milyonlarla fərqli ehtimal varkən, necə olar da fermentlər hər vaxt doğru şəkli alarlar? Əgər təkamülçülər, yer üzündəki ilk fermentin və ya onu meydana gətirən ilk genin təsadüflərlə öz-özünə meydana gəldiyini iddia edirlərsə, bu vəziyyətdə fermentə aid bütün kompleks incəliklər kimi fermentin xüsusiyyətini təyin edən bu üç ölçülü şəklin inkişafını da şərhləri lazımdır. Hətta bunu təyin etməklə vəzifəli olan genlərin, bəhsi keçən xüsusi qabiliyyətlərinə də şərh gətirmələri lazımdır. Əgər bəhs edilən xüsusi şəklin təyini, təsadüflərlə meydana gəlməsi qeyri-mümkün olan amma burada meydana gəldiyini fərz etdiyimiz ilk fermentdə sınaq-yanılma metodu ilə reallaşsaydı, o zaman ümumi bir hesablama ilə 100 amin turşulu tək bir ferment molekulunun doğru şəkli tapa bilməsi üçün bütün kombinasiyaları sınağı 20 milyard il alacaqdı. Bu isə, kainatın yaşından belə daha çoxdur. Bəhsi keçən ehtimal, amin turşularının şüurlu və idarəli olduqlarını və sınaq-yanılma kimi sistemli bir metod istifadə edə bildiklərini fərz etdiyimizdə qarşımıza çıxan nəticədir. Amin turşularının, heç bir şüurlu metod istifadə edilmədən tamamilə təsadüfən bir araya gələrək 100 amin turşuluq kiçik bir ferment molekulunu meydana gətirmələri qəti olaraq qeyri-mümkündür. Bu səbəbdən, təkamülçülər üçün bir fermentin meydana gəlişi və sahib olduğu xüsusi üç ölçülü quruluşun meydana gəlməsi, şərhsizdir. Yaradılış araşdırma İnstitutu (Institute of Creation Research) başçısı Duana T. Gish, bu qeyri-mümkün ehtimalı bu şəkildə açıqlayar:


20 fərqli növdəki 100 amin turşusu 20100 (10130) fərqli şəkildə düzülə bilər. Əgər bunların 1011-i primitiv bir fermentdə funksiya göstərə bilirsə və əgər 5 milyard il (təxminən 1017 saniyə) boyunca hər saniyə 100 amin turşusudan bir milyard trilyon (1021) zülal molekulu meydana gəlirsə, lazım olan düzülməyə sahib tək bir molekulun meydana gəlmə ehtimalı 10130/1021x1017x1011 və ya 1081-də birdir. Bu ədəd sıfıra bərabər bir ədəddir.

Bu nümunədən də aydın olacağı kimi, fermenti meydana gətirən amin turşularının təsadüfən doğru düzülmədə meydana gəlmiş olmaları qeyri-mümkündür. Bu səbəbdən, tək bir fermentin varlığı və funksiyaları, təsadüfi mərhələlərlə təkamül iddiasını tamamilə ortadan qaldırır.