Həzm fermentlərinin istehsal fabriki: Pankreas (Mədəaltı vəzi)

image

Pankreas, qarında mədənin arxasında gizlənmiş 15 santimetr boyunda 90 qram ağırlığında kiçik bir orqandır. Mədənin arxasında yerləşmiş olduğundan gizli orqan olaraq adlandırılır. Pankreas, damarlar kimi bir-birinə bağlanmış incə balonlara malikdir. Bu balonlar, mədənin arxa qismində iştirak edən bağırsağa doğru açılan bir qapı şəklində birləşərlər. Bu qapı, bağırsaq üçün təcili yardım rolu oynayan əhəmiyyətli bir mayenin, pankreas mayesinin axıb keçdiyi yerdir.


Pankreas kiçik olmasına baxmayaraq olduqca əhəmiyyətli bir vəzifəni boynuna götürmüşdür: Həzm fermentlərinin çıxarılması. Həzm fermentləri, pankreasın çıxardığı və adına pankreas mayesi deyilən bir maye içində həzm sisteminə çatdırılar. Bu mayenin içində başqa tarazlayıcı faktorlar da var. Pankreas, hər gün 5 litrə çatan pankreas mayesi çıxara bilməkdədir. 90 qramlıq kiçik bir orqan üçün bu nisbət olduqca yüksəkdir.


Pankreas mayesinin istehsalı, mədənin altındakı onikibarmaq bağırsağının mədə turşusu ilə görüşməsinə səbəb olar. Qidalar, mədədən ayrıldıqdan sonra olduqca turşulu bir sıyıq halını alarlar. Mədədən sonra ilk olaraq ziyarət etdikləri yer isə, onikibarmaq bağırsaqdır. Mədədən gələn bu turşulu qarışıq, onikibarmaq bağırsağının incə və həssas olan iç qisimini də əridib yox edə biləcək gücdədir. Ancaq belə bir problem meydana gəlməz, çünki pankreas mayesi, qələvi bir su ehtiva etməkdədir. Qələvi su, bağırsağa çatması ilə birlikdə turşunun təsirsiz hala gəlməsini təmin edər. Beləliklə, qidalar bağırsağa problemsiz şəkildə girə bilərlər.


Pankreas mayesinin istehsalı idarəlidir. Yemək masasına oturduğumuzda, pankreasın minlərlə kiçik kisəciyi, yəni akinosları, sinir sistemindən aldığı xəbərdarlıqlarla pankreas mayesini ifraz etməyə başlayar. Ancaq ağızımızdakı tikə onikibarmaq bağırsağın qapısından keçmədən pankreas tam işə başlamaz. Qida hansı miqdarda gəldisə, ifraz olunan ferment miqdarı da ona görədir. Pankreas, eyni zamanda, yediyimiz yeməklərin növlərini də anlaya bilər. Ardından da yediyimiz fərqli yeməklərə görə fərqli fermentləri ifraz edər. Məsələn, makaron, çörək kimi karbonhidratlı yeməklər yediyimizdə, pankreas mayesi içində karbonhidrat həzm edici ferment, yəni amilaz ifrazatı ağırlıqdadır.


Bu tarazlama mexanizmi olduqca həssasdır. Çünki həm fermentlərin israf edilməməsi, həm də bağırsağın öz divarlarının təsadüfi həzm edilməməsi lazımdır. Bütün bu sistem, bir canlı bədənini ayaqda tuta bilmək üçün kafi miqdarda ferment çıxarmanın məsuliyyətini daşıyır. Əgər bunun fərqində olsaydıq, bütün vaxtımızı bədənimizdə fermentlərin nə vaxt, nə miqdarda və necə çıxarılacağını hesablamaqla və onları necə xərcləməmiz lazım olduğunu düşünməklə keçirərdik. Halbuki, bunların istehsalı da, iş üsulları da bizim idarəmizdə və məlumatımız daxilində deyil. Ferment istehsalının idarəsi, bədənin içində yenə yağ və zülallardan meydana gəlmiş başqa strukturlara yüklənmişdir. Beyindən çıxan vagus siniri vasitəsiylə, bağırsaq divarında xüsusi olaraq çıxarılan hormonlar olan sekretin və pankreozimin, ferment istehsalını boynuna götürərlər. Sekretin hormonu, pankreası, turşunu neytrallaşdıran natrium bikarbonat baxımından zəngin olan pankreas mayesi ifraz etməsi üçün xəbərdar edər. Pankreozimin hormonu isə pankreası, ferment baxımından zəngin olan pankreas mayesinin ifrazı üçün xəbərdar edər. Qidalar mədədən onikibarmaq bağırsağına keçdiklərində sekretin və pankreozimin qana qarışmağa başlayar. Bu istehsal onikibarmaq bağırsaq üçün əhəmiyyətlidir, çünki bu hormonlar sayəsində bağırsaq, turşunun parçalayıcı təsirindən qorunacaq. Sekretin və pankreozimin, qan dövranı yoluyla pankreasa çatar və içində onikibarmaq bağırsağı qoruyacaq suları da əhatə edən və içində bol miqdarda su, bikarbonat və həzm fermentləri olan pankreas mayesinin kafi tutumda ifrazının lazım olduğunu xəbər verər. Bu ifrazlar, daha əvvəl bəhs etdiyimiz incə kanallar vasitəsiylə bağırsağa axar.
Hormonları hərəkətə keçirən orqan, yenə zülal və yağlardan ibarət olan bir başqa quruluşu olan mədədir. Mədədə həzm sürərkən bu orqan qidaların, sanki özündən sonra onikibarmaq bağırsağa uğrayacaqlarını bilərcəsinə bir xəbərdarlıq göndərər. Ona potensial təhlükəni xəbər verər. Bəhsi keçən hormonları dərhal ifraz etməyə başlayar. İfraz etdiyi hormonları qana verər. Bu, görünüşcə olduqca riskli bir işdir. Çünki qan bütün bədəni gəzər. Bu səbəbdən qan içində gəzən bu hormonların hara xəbər aparacaqlarını bilir olmaları lazımdır. Necə ki, hormonlar da bunu həqiqətən çox yaxşı bilərlər. Aldıqları mesajı bədəndəki başqa heç bir hüceyrəyə çatmadan, yalnız pankreasa çatdırarlar. Allah sonsuz incəliklər ehtiva edən yaratma sənətinin bir göstəricisi olaraq, bəhsi keçən hormonların molekulyar quruluşunu, yalnız pankreas hüceyrələrinin pərdəsində olan qəbul edici molekullarla təsirlənəcək şəkildə yaratmışdır.


İnsan bədəni içində var olan bir-birindən xəbərsiz iki kiçik molekul, bir-birlərinin nə işə yaradıqlarını bilərək, məqsədlərini, xüsusiyyətlərini, funksiyalarını tanıyaraq bir-birləri ilə xəbərləşirlər. Bir-birlərini heç görməzlər, insan bədəninin nəyə bənzədiyini və nə qədər böyük ola biləcəyinin fərqində deyildirlər. Amma yenə də ortaq bir məqsədi nəticələndirmək üçün xəbərləşərlər. Bunu edə bilmələri üçün böyük bir ağıl və şüur sahibi olmaları lazımdır. Əlbəttə ki, gözü, qulağı, beyni olmayan şüursuz atomların meydana gətirdiyi molekullarda belə bir ağıl və şüur axtarmaq yersizdir. Bu varlıqların etdikləri möcüzəvi işlərdə görülən ağıl və şüur, insan bədənini yoxdan var edən Allaha aiddir. Bu möcüzəvi incəliklərin yaradılış səbəblərindən biri, insanların bu əhəmiyyətli həqiqəti görmələri və bunun üzərində düşünmələridir. Bu həqiqət Quranda belə xəbər verilmişdir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Pankreasın gələn qidaların xüsusiyyətlərinə və miqdarına görə ferment ifraz edə bilmə qabiliyyəti isə ayrı bir möcüzədir. Pankreasın kimya düsturlarını bilməsi, nə tip qidanı nəyin həzm edəcəyini müəyyən etməsi və buna görə istehsal etməsi lazımdır. Bu idarəli istehsal nəticəsində pankreas, ferment tərəfindən zəngin olan mayesini incə bağırsağa göndərər. Pankreas mayesində bədən üçün həyati əhəmiyyətə sahib dörd ferment vardır. Bunlar tripsin, kromotripsin, lipaz və amilazdır. Tripsin və kromotripsin zülalı, qan dövranı ilə bütün bədəni gəzən və toxumaların istehsalında istifadə edilən amin turşularına çevirir. Amilaz, nişastanı şəkərə çevirər. Lipaz, yağ kürəciklərinə hücum edərək bunları parçalayar və bunları yağ turşularına və qliserinə çevirər. Bütün bunlar, fermentlərin möhtəşəm sürətləri ilə olduqca qısa bir zaman içində reallaşar və bitər. Yeyilən yemək, lüks bir restoranda sifariş edilən xüsusi bir yemək də olsa, yalnız bir çörək parçası da olsa, onikibarmaq bağırsaqda bunların hamısının aldığı hal eynidir. Qabdakı yemək ilə onun bağırsaqdakı halı bir-birindən tamamilə fərqlidir. Fermentlər onları parçalayar, kiçildər, tullantıları bir kənara təyin edər, geri qalan qismini də bədəni canlı tuta bilmək üçün ayırarlar.