RNT-ə nəzarət edən fermentlər

image

RNT, yəni ribonükleik turşu, eynilə DNT kimi nükleotidlerin ard-arda yerləşməsiylə yaranan tək silsilədən ibarət böyük bir molekuldur. DNT molekulundan tək fərqi, nükleotid düzülmələrində Timin yerinə Urasilin olmasıdır. RNT, hüceyrələrdə DNT ilə birlikdə işləyərək fermentlərin sintez edilməsində rol alar.


Bədənimizdəki hər hansı bir əməliyyat üçün, məsələn, uzanan bir saç telimizin hər hüceyrəsinin meydana gəlməsini təmin edəcək bütün kimyəvi reaksiyaların reallaşa bilməsi üçün də, əlaqədar fermentlərin istehsalının edilməsi lazımdır. Bunun üçün fermentlərin çıxarılacağı DNT-nin əlaqədar qisimlərinə mesajlar çatdırılar. DNT, RNT ilə birlikdə ferment istehsalını reallaşdırdığı üçün, mesajın getdiyi əlaqədar qisimdə RNT sintezinin edilməsi lazımdır. Bunun reallaşması üçün DNT-nin aktiv hala keçməsi, RNT-nın nüvə xaricinə daşınması və fermentlərin sintez edilməsi şərtdir. RNT sintezi üçün reallaşan bütün mərhələlər də yenə "digər fermentlər" tərəfindən nəzarət edilərlər. Çıxarılan fermentlərdən biri olan ATFaz (adenozintrifosfataz), ATF-lərin istifadə edilməsini, bir başqa ferment də ATFaz-ların doğru yerə gəlməsini təmin etməkdədir. Bu zaman minlərlə başqa ferment də, hüceyrənin canlı qala bilməsi üçün minlərlə başqa reaksiyanı bənzər mərhələlərlə reallaşdırmağa davam etməkdədirlər. Ancaq burada vurğulanması lazım olan əhəmiyyətli bir nöqtə vardır: RNT, ferment istehsalı üçün sintez edilir. Ancaq onu sintez edənlər, yenə fermentlərdir.


Nüvədəki genlər tərəfindən meydana gətirilən RNT molekulları, fermentlərin şəkilləndirilməsində təməl bir rol oynayarlar. Əgər bir canlı orqanizm səhv olan bir gen ilə doğulsa və ya genlərindən biri əskiksə, bu vəziyyətdə RNT molekulu tamamlanmamış deməkdir. Bunun da mənası bəzi fermentlərin hüceyrədə meydana gəlməmiş olmasıdır. Bu səbəbdən, çıxarıla bilməyən fermentə bağlı olaraq meydana gəlməsi lazım olan reaksiyalar da reallaşa bilməz və orqanizm xəstəlikli olar. Əgər bəhsi keçən fermentlər və onların reallaşdırdığı reaksiyalar orqanizm üçün həyati isə, o zaman ölüm qaçınılmazdır.


Fermentləri RNT çıxarar, amma RNT-nin ferment çıxara bilməsi və üzərindəki səhvlərin düzəldilə bilməsi üçün yenə fermentlərə ehtiyacı vardır. Yəni, DNT üçün keçərli olan vəziyyət, RNT üçün də keçərlidir. Bu sistem DNT-də olduğu kimi işləyər. Hüceyrə içində bir zülal çıxarılması lazım olduğunda, RNT polimeraz adlı bir ferment, hüceyrənin məlumat bankı olan DNT-ə gedər. DNT-dən çıxarılacaq zülalla əlaqədar məlumatları tapar və bunların bir surətini alar. Ancaq bəzən çıxarılacaq zülal ilə əlaqədar məlumatlar, DNT-nin fərqli bölgələrində dağınıq halda ola bilər. Belə vəziyyətlərdə, RNT polimeraz fermenti, məlumatın başladığı yerdən bitdiyi yerə qədər olan hissənin hamısını köçürər. Bunu edərkən ferment, işinə yaramayan yerləri də köçürülmüş olar. Arada lazımsız məlumatların olması, fərqli və işə yaramaz bir zülalın çıxarılmasına səbəb olacaq. Bunun qarşısını almaq üçün dövrəyə spliceozom adlı yeni bir ferment girər. Bu ferment, yüz minlərlə məlumatın içindən gərəksiz olanları böyük bir etina ilə seçib çıxarar və bəhsi keçən zülalın çıxarılması üçün lazımlı olan zəncirləri bir-birlərinə bağlayar.


Bu vaxt nRNA kodonunun (nəqliyyat RNT - amin turşularının bir-birinə əlavə olunmaq üzrə ribozoma çatdırılmadan əvvəl bağlandıqları kiçik RNT molekulları) doğru amin turşusuya bağlanması lazımdır. 20 amino turşunun hər biri üçün ən az bir transfer RNT (nRNT) növü mövcuddur. Əgər RNT köçürülməsindəki bu həyati mərhələ işləməzsə, o zaman RNA sıralaması pozular. Bu da RNAin funksiyasız olması mənasını verir. "Aminoaçil-nRNT sintetaz" adı verilən xüsusi bir ferment, uyğun amin turşusunun nRNT-ya bağlanmasından məsuldur. Bu əməliyyat əsnasında həm hər nRNT-nın doğru amin turşusuna bağlanması təmin edilməli, həm də digər 19 amino turşunun bundan təsirlənməməsi lazımdır. Ancaq bəhs edilən fermentin səhvsiz çalışması nəticəsində RNT köçürülməsindəki bu risklər tamamilə ehtimal xaricində qalmış olur. \
DNT köçürülməsi mövzusunda qarşımıza çıxan tərəddüd, RNT köçürülməsi mövzusunda yenə qarşımızdadır. RNT-nin köçürülməsini təmin edən zülallar, yenə RNA tərəfindən çıxarılan fermentlərdir. Bu səbəbdən, RNT-nin yoxluğunda fermentlərin, fermentlərin yoxluğunda da RNT-nin varlığından danışmaq mümkün deyil. Bu vəziyyətdə, təkamülçülər üçün zülalların yoxluğunda RNT polimerlerinin necə köçürüləcəyi mövzusu həll edilə bilməz problemlər meydana gətirir. RNA-nın xüsusi fermentlərinin, mütləq RNT var olduğu anda, bütün funksiyaları ilə əskiksiz olaraq işləməli olmaları lazımdır. Eyni anda, fermentlərin də RNT tərəfindən çıxarılmalı olması lazımdır. Təkamülçülər, bu ziddiyyətli vəziyyətə bir şərh gətirə bilmədikləri kimi, bu strukturlardan hər hansı birinin təsadüfən necə meydana gəlmiş ola biləcəyini də açıqlaya bilmirlər. Bu vəziyyətdə, bir-birindən ayrı işləməsi mümkün olmayan, amma əslində bir-birlərindən fərqli olan molekulların, heç bir səbəb olmamasına baxmayaraq "təsadüfən" eyni anda meydana gəldiklərini, təsadüfən bir-birlərini tapıb yenə təsadüfən birlikdə işə başladıqlarınımı qarşıya qoyacaqlar? Belə bir iddianı ortaya atacaq olan, illərcə laboratoriyalarda təhsil almış, bu sistemlərin hamısının ən incə nöqtələrini bilən elm adamları olmayacaqdırmı? Sırf Allahın varlığını və yaradılış həqiqətini inkar edə bilmək üçün belə elm və ağıl xarici bir iddia ilə ortaya çıxmaq, elm adamlarını olduqca hörmətdən salacaq bir vəziyyət olar.


Məhz bu səbəblə təkamül müdafiəçiləri də bu cür iddialarla ortaya çıxmaqdan çəkinirlər. Bütün bunlara elmi bir örtük uydurmağa çalışır, amma bunu da bacara bilmirlər. Təkamülçü Leslie E. Orgel, olduqca açıq olan bu qeyri-mümkünlüyü qəbul etmək məcburiyyətində qalanlardandır:
İlk olaraq RNT-nin meydana gəldiyi və inkişaf etdiyini qarşıya qoyan RNT dünyası adını verdiyimiz iddianı ortaya atdıq... Bu ssenari reallaşa bilər, təbii prebiotik RNA indi dəlilləri olmayan iki xüsusiyyətə sahib olsa: Zülallar olmadan özünü köçürmə xüsusiyyəti və zülal sintezinin bütün mərhələlərini katalizə edə bilmə qabiliyyəti.


Orgelin bəhs etdiyi şey, təkamül kimi xəyali bir müddətin RNT-ni fermentlərlə birlikdə ortaya çıxarması lazım olduğudur. Ancaq bu xəyali müddətdə, bəhsi keçən kompleks strukturların deyil bir yerdə meydana gəlməsi, bu strukturların kompleks parçalarından tək birinin belə təsadüfən meydana gəlməsi qeyri-mümkündür.


Allahın yaratması o qədər mükəmməldir ki, bütün dünya insanları bir araya gəlsələr, onun sahib olduğu tək bir hüceyrəni belə meydana gətirə bilməzlər. Buna Allahın yaratması xaricində bir şərh, alternativ bir iddia gətirə bilməzlər. RNT-nin fermentsiz, fermentlərin də RNT-siz var olmayacaqları bir sistem, bu mükəmməlliyə müzakirəsiz ən qüsursuz nümunələrdəndir. Allah, bütün varlıqların Yaradıcısı olduğunu Quranda belə bildirər:

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)